Nida Təhlil
“Ermənistanın bugünkü siyasəti faşizm üzərində qurulub” - DEPUTAT
“Qeyd etmək istəyirəm ki, ermənilər həmişə faşizmə və faşistlərə xidmət ediblər. Bu həm İkinci Dünya müharibəsində özünü göstərib, həm də bu gün Ermənistanın yürütdüyü siyasət faşizm üzərində qurulub. Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyinə dair məlumat isə bunu təsdiq edir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Azər Badamov bildirib. O qeyd edib ki, dünya faşizmə qarşı yönəldiyi bir dövrdə faşizmin təbliği yolverilməzdir və qeyd olunan dövrdə ermənilər faşizmi qəhrəmanlaşdırırlar:
“Böyük Vətən müharibəsində Njde Qareginin xidmətlərini bu gün ermənilər qəhrəmanlaşdırırsa təbii ki, bu ata-babaların fəaliyyətlərinin qəhrəmanlaşdırılması kimi başa düşülür. Bu fəaliyyət isə faşizmə xidmət edib. Bu, Ermənistanın həm keçmiş rəhbərlərinin, həm də bugünkü rəhbərinin iç üzünü açıb göstərir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanması belə faşizmin bugünkü nümunəsidir. Torpaqlarımızdan azərbaycanlıların çıxarılması və insanlıq çərçivəsinə sığmayan addımların atılmasını ancaq faşizmin əyani təzahürü kimi qeyd etmək olar”.
Deputat əlavə edib ki, Nikol Paşinyanın babası erməni legionunun tərkibində SSRİ-yə qarşı döyüşüb:
“Dünya artıq başa düşür ki, ermənilərin məqsədi hansı istiqamətə xidmət edir. Ölkə siyasətinin faşizm üzərində qurulduğu artıq müəyyən olunub. Qondarma “prezident seçkiləri”nin keçirilməsi də dünya tərəfindən qınaq obyektinə çevrildi. Ermənistan siyasəti faşizm üzərində qurulduğu üçün o ölkənin daxilində nə sabitlikdən, nə də inkişafdan söhbət gedə bilməz. Necə ki, 1941-45-ci ildə Adolf Hitlerin faşizm siyasəti dünyada məhv oldu, Ermənistan da bu siyasətinə görə gələcəkdə məhv olma təhlükəsi qarşısındadır. Nikolay Vartanoviç Paşinyan faşistlərin tərkibində xüsusi legionda döyüşüb. O vaxtlar qeyd olunurdu ki, kim alman faşizminə xidmət edirsə o, Ermənistana xidmət etmiş kimidir”.
Akqabay Mıradov
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO









.jpg)










.jpg)







.jpg)










