Nida Təhlil
Ermənistanda seçkilər həmişə saxtalaşdırılıb - Ekspert
Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, həmişə seçkilər saxtalaşdırılıb.
Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
R.Qonaqov bildirib ki, istər Petrosyan, istər Koçaryan və Sarkisyan, istərsə də Paşinyanın hakimiyyətdə olması təəssüflər ki, bu ölkədə heç nəyi dəyişmədi:
“Ermənistanın işğalçı və terrorçu mahiyyəti dəyişməyənə qədər bu ölkədə heç bir demokratik prosesdən söhbət gedə bilməz. Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir. Bütün beynəlxalq təşkilatları aldadır və onların qərarlarına məhəl qoymur. Sarkisyanın xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və faşist simvolikası daşıyan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs toplayır?
Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq təşkilatların verdiyi qərarların əksəriyyəti siyasi xarakter daşıyır və siyasi sifarişlidir. Ermənistanın riyakar siması ortada olduğu halda bu vassal ölkə öz adı ilə çağrılmır.
Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə isə hücumlar edilir və böhtan atılır. Bütün bunlara baxmayaraq , ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə büynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədirlər”. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)






.jpg)





















.jpg)
.jpg)
