Nida Təhlil
Bu, dövlətə və xalqa meydan oxuyanlara xəbərdarlıq oldu - Elnar Məmmədli
Azərbaycanda indi hamı bir faktı açıq-aydın görür: Bu millətin və dövlətin yolunu artıq heç kim və heç nə kəsə bilməyəcək. Millətindən güc və sonsuz dəstək alan Liderimiz, Prezident İlham Əliyev verdiyi qərarlarla yenə də öz sözünün ağası olduğunu sübut etdi. Baxın, İlham Əliyev nə deyir: "Məmurlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən xalqın birinci xidmətçisiyəm."
Publika.az xəbər verir ki, bunun AzTV-nin əməkdaşı Elnar Məmmədli "Facebook" profilində yazıb.
E. Məmmədli fikirlərinə belə davam edib:
"Bəli, hər bir ölkədə, o cümlədən də Azərbaycanda Prezident ali rəhbərdir. Amma bu ali rütbədən və imtiyazdan faktiki olaraq millətinin xeyrinə rəhbər seçilən andan imtina edən, həqiqi sadəlik nümunəsi göstərən bizim Liderimiz özünü "Xalqın birinci xidmətçisi" adlandırır. Və təkcə adlandırmır, bütün enerjisini, bilik və bacarığını, hətta həyatını min bir risklər qarşısında cəsarət və qətiyyətlə öz dövlətinə və millətinə həsr edir. Mənə görə bu müqəddəs yolda ən böyük dəstəkçisi təbii ki, xalqı, ona və dövlətinə sədaqətlə xidmət edən əsl vətənpərvər silahdaşlarıdır. Əlbəttə ki, hamımıza nümunə Mehriban xanımdır. O, Prezidentimizin ən böyük əqidədaşı, yoldaşı və gerçək silahdaşıdır. Hamı yaxşı xatırlayır. Prezident öz doğum gününü ən sadə şəkildə, xalqın içində, qaçqın və məcburi köçkünlərlə keçirir. Pandemiya şəraitində şəxsən özü, bəli şəxsən özü və ailəsi bütün karantin qaydalarına əməl edir, hamımıza nümunə göstərir.
Dəfələrlə Prezident İlham Əliyevin vətəndaşlara, xüsusi ilə də yaşlı insanlarımıza necə həssaslıqla, diqqət və qayğı ilə yanaşdığını görmüşük. Niyə bunları sadalayıram? Çünki, ölkənin Birinci şəxsi öz Millətinə yuxarıdan aşağı baxmır, tam əksinə deyir və sübut edir ki, onun üçün ilk növbədə xalqının sağlamlığı, rifahı və təhlükəsiz yaşaması hər şeydən üstün və vacibdir. Bu o deməkdir ki, əziz millətimin heysiyyatı ilə heç kim oynamasın, ona kimsə toxunmasın, onu aşağılamasın, xor görməsin! Əgər, hər kim buna cəsarət etsə, qarşısında ilk növbədə məni görəcək!
Və o şəxslər Prezidentin bu qəti mövqeyini gördülər və cəzalandırıldılar. Həmin "məşhur toy"u keçirənlər hələlik məhkəmədən 15 sutkalıq cəza aldılar. Bu həm onlara, həm də dövlətə və xalqa meydan oxuyanlara bir xəbərdarlıq oldu. Ki, hədlərini aşmasınlar! Onlara indilik sadəcə anlatıldı ki, bu ölkənin kasıbı da varlısı da qanun qarşısında bir və bərabərdir!
Türkiyədə məşhur bir deyim var. Demək olar ki, "atalar sözü" statusundadır, əsasən də xaricdən təhdidlər olanda işlədilir: "Onlar hələ Osmanlı tokatı yeməyiblər. Yesələr, nəyin nə olduğunu anlayacaqlar!" İndi bizdə də dövlətimiz aydın olan bəzi reallıqlarımızı anlamayanlara sadəcə başa salır ki, özünüzə gəlin. Ki, Osmanlı tokatından heç də zəif olmayan "Azərbaycan tokatı"nı bu dəfə daha ağır şəkildə "yeməyə"siniz.
Digər tərəfdən danılmaz bir həqiqət ortadadır və hamıya gün kimi aydındır:" Azərbaycan artıq formalaşmış, qanun, hüquq dövlətidir. Ölkədə qanunların şahlığı sistemi qurulub və daha da möhkəmləndirilir. Ona görə də buna mane olmaq, kölgə salmaq cəhdləri və hətta ən xırda təşəbbüsü belə dövlətin ən sərt şəkildə etirazı ilə qarşılaşır. Lazımi tədbirlər görülür, ölçü götürülür. Dünya praktikasında buna dövlətlərin özünü müdafiə instinkti də deyirlər. Hətta, məsələyə sadəcə bu prizmadan yanaşsaq belə, biz, Azərbaycan dövlətinin, yəni, hüquqi dövlətimizin qanunsuzluq əleyhinə bu cür sərt reaksiyası ilə ən azı qürrələnə, fəxr edə bilərik. Niyə? Ona görə ki, bütün hallarda hüquqi dövlətlərdə şəxslər deyil, qanunlar sistemi önəm daşıyır və cəmiyyətdə yasaların hökmü işləyir. Yəni, son söz qanunların olur.
Azərbaycan Lideri də deyir və əməlləri ilə də isbat edir ki, onun rəhbəri olduğu ölkə qanunların şah olduğu respublikadır. Kim bu həqiqəti qəbul etməz, özünü başqalarından daha imtiyazlı hesab edərsə, xalq dili ilə desək "ayaq bağı" olarsa, cəzalanacaq. Xalqımız da Prezidentin bu iradəsini görür və qiymətləndirir.
Baxın, illərdir ki, xarici-daxili düşmənlər, anti-milli ünsürlər, nə bilim "5-ci kolon" əlindən nə gəldisə etdi ki, xalqımızı öz dövlətindən narazı salsın. Millətimizi daxilən parçalayıb, qürurunu qırıb Prezidentinə qarşı qaldırsın. Bunun üçün nələr, hansı iyrəncliklər, hətta alçaqlıqlar etmədilər ki!!! Hətta iyul, Ordumuza dəstək aksiyasından da Prezidentə qarşı sui-istifadə etməyə cəhdlər olundu. Məkrli məqsədə çatmaq naminə hər fırıldağa, oyuna, oyunbazlığa, siyasətbazlığa, riyakarlığa gedildi. Amma nəticə nə oldu? Millət yenə də İlham Əliyev dedi. Ali Baş komandan bizə silah ver, düşmən üzərinə gedək söylədi. O gecə də təxribata cəhd olundu.Ancaq alınmadı.
Mən, Allah eləməsin, bu "adamlar"ın yerinə olsaydım bir dərindən düşünərdim və özüm özümə sual verərdim ki, axı niyə alınmır, bu xalq niyə öz Liderinə bu qədər bağlıdır, bunun sirri nədədir?! Məncə cavab çox sadədir: "Azərbaycan xalqı özü üçün yaxşı və pis olanı çox gözəl bilir. Çox ağıllı və təmkinlidir. Həm də axı, bizi kökü olmayanlarla, dövlətçiliyi cəmi bir neçə on ilə sığanlarla niyə qarışdırırsınız?! Məncə, ən böyük səhviniz bundadır ki, bu millətin tarixini, özəlliklə də dövlətçilik tarixini bilmirsiniz. Məsləhətim odur ki, bizi yaxşı öyrənin. Onda anlayacaqsınız ki, bu millət niyə öz dövlətini bu qədər sevir və nə səbəbdən də o dövləti göz bəbəyi kimi qoruyan Liderinin yanındadır?! Bax, məhz bu gerçəkliyi dərk etdiyiniz an bizdən əl çəkəcəksiniz ki, azərbaycanlılarla keçmədi!
Nəhayət, yekunda və bu məqamda sözlərimizə sadəcə bir onu əlavə etmək qalır: təbii ki, bütün bu həqiqəti bilən Azərbaycan milləti öz dövlətinə, onun qanunlarına və bu qanunların təminatçısı olan ali iradəyə də sahib çıxacaq və onu baş tacı edəcək ki, edib də! Ona görə də var olsun dövlətimiz və onu ucaldan millətimiz!
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı