Nida Təhlil
Paşinyan Azərbaycana qarşı yeni təcavüzkar addımlara hazırlıq görür - RƏY
“Nikol Paşinyanın Qarabağa səfərinin ilk olaraq ortaya qoyduğu mahiyyət bundan ibarətdir ki, Ermənistan növbəti dəfə Dağlıq Qarabağ probleminin dinc yolla tənzimlənməsində və bölgəyə davamlı sülhün gətirilməsində qətiyyən maraqlı deyil”.
Bu fikirləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu səfərlə Dağlıq Qarabağ problemi ətrafında yeni təxribata və Azərbaycana qarşı yeni təcavüzkar addımlara hazırlıq görür: “Paşinyanın orada keçirdiyi görüşlər, heç kəs tərəfindən tanınmayan qondarma qurumun təhlükəsizlik şuralarının birlikdə iclaslarının keçirilməsi və onun müəyyən hərbi hissələrdə olması təcavüzkar niyyətini ortaya qoyur. Onun Azərbaycana qarşı təcavüzkar addımların atıldığı döyüşlərdəki qəhrəman kimi qələmə verilən insanlara mükafatlar və fəxri adlar təqdim etməsi, qondarma qurumda hərbi xarakterli və təyinatlı obyektləri gəzməsi bir daha sübut etdi ki, o, özündən əvvəlki sələflərindən heç nə ilə fərqlənmir. Paşinyan Ermənistanın təcavüzkar siyasətini davam etdirir və Qarabağ probleminin danışıqlar yolu ilə həlli platformasından tamamilə uzaqdır”.
A.Quliyev qeyd edib ki, Paşinyanın bütün hərəkətləri sülh danışıqlarını pozmaqdan ibarətdir: “Onun əvvəllər də qondarma quruma səfərləri olmuşdu. Ancaq budəfəki səfərin Tovuz təxribatından sonra həyata keçirilməsi, Rusiyanın təcavüzkar Ermənistana silah ötürməsindən sonra baş verməsinin ayrıca mənası var. Bu o deməkdir ki, Ermənistan xüsusilə də Rusiyanın silahları ilə silahlanaraq özünün təcavüzkar mövqelərində daha da möhkəmlənmək istəyir. Beləliklə, Tovuz hadisələrində aldığı zərbəni heç olmasa öz cəmiyyətinin gözündə kompensasiya etmək üçün əsgərlərini yeni döyüşə ruhlandırmaq istəyirlər və açıq-aşkar Azərbaycana qarşı ya sərhəd bölgəsində, ya da təmas xəttində yeni təcavüzkar addımlar hazırlanır. Paşinyanın bu addımına vasitəçilər və beynəlxalq təşkilatlar ciddi yanaşmalı, hər kəs özünə hesabat verməlidir ki, Tovuz hadisələrindəki məğlubiyyətindən sonra onun yeni təcavüzkar addıma hazırlaşması qorxuludur. Və bölgəni daha uzunmüddətli hərbi əməliyyatlar təhlükəsi ilə üz-üzə qoya bilər”.
Akqabay Mıradov
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər













.jpg)



.jpg)



















