Nida Təhlil
Azərbaycan və Türkiyə arasında sarsılmaz birlik bir daha təsdiq olundu - RƏY
Dünən Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnamələrini qəbul edərkən çox vacib məsələlərə toxundu, vacib fikirlər səsləndirdi.
Publika.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
R.Qonaqov bildirib ki, Prezident İlham Əliyev hər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməldaşlığın geniş spektrli olduğunu və fəal siyasi dialoq olduğunu diqqətə çatdırdı:
“Yunanıstan səfiri ilə olduqca açıq danışan cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi. Ölkə rəhbəri bu görüşdə bildirdi ki, "Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır. Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycanda hər zaman qəti şəkildə Türkiyənin yanlndadır".
R.Qonaqovun fikrincə, bu bir daha onu nümayiş etdirirki, ölkə rəhbərimiz ölkəmizin milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir.
O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)






.jpg)





















.jpg)
.jpg)
