Bu uğurların arxasında xalq üçün fəaliyyət dayanır - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu uğurların arxasında xalq üçün fəaliyyət dayanır - Deputat

“Bilik Günü münasibətilə bütün təhsil işçilərini təbrik edirəm. Ölkəmizin bütün təhsil sistemində çalışan müəllimlərə və bu il birinci sinifə qədəm qoyan şagirdlərimizə, tələbə adı qazanan gənclərimizin hər birinə uğurlar arzulayıram. Prezident İlham Əliyevin ölkəmiz, xalqımız və xüsusilə də gələcəyimiz olan uşaqlarımız üçün həyata keçirdiyi misilsiz fəaliyyətini yüksək qiymətləndiririk. Çox sevindirici haldır ki, bu gün ölkəmizdə uğurlu təhsil siyasəti həyata keçirilir”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı, professor Jalə Əliyeva deyib.

O bildirib ki, biz bu il 15 sentyabr dərs ilinin başlanmasını və Bilik Gününü alışmadığımız fövqəladə şəraitdə, qeyri-adi formada qarşılayırıq: “Bunun da əsas səbəbi hər kəsə məlum olan pandemiyadır. Hazırda bütün dünya koronavirus adlı bəla ilə mübarizə aparır. Eyni zamanda, Azərbaycan da son yeddi ay ərzində pandemiya ilə uğurlu mübarizə apardı, dövlətimiz insanların sağlamlığını qorudu. Bununla yanaşı, iqtisadiyyatın çökməməsi, sosial siyasətin davam etdirilməsi üçün bütün tədbirlər ən yüksək səviyyədə icra edilib. Vətəndaşlarımızı qorumaq üçün hətta mümkün olmayan tədbirlər də yerinə yetirilib. Əlbəttə ki, təhsil sisteminin də çökməməsi üçün və xüsusilə də qorunmağa ehtiyacı olan uşaqların, yeniyetmələrin sağlam şəkildə bu mərhələdən çıxması üçün müəyyən tədbirlər görülüb”.

J.Əliyeva qeyd edib ki, təhsilin davam etdirilməsi üçün qısa zaman ərzində müxtəlif proqramlar hazırlanıb və bu proqramlar sayəsində təhsildə hansısa boşluqlar yaranmadan bu ili başa vurmuşuq: “Uğurlu siyasət və düşünülmüş addımlar nəticəsində bu gün məktəblər açıldı. Növbələşmə və mərhələli şəkildə də olsa biz bu gün təhsilimizi davam etdiririk. Bunlar fövqəladə və gözlənilməz rejimdə qısa müddətdə hazırlanan və tətbiq edilən işlərdir. Bunların hər biri təqdiredicidir və arxasında dövlət siyasəti, ölkə və xalq üçün fəaliyyət dayanır. Prezident İlham Əliyev xalqın intellektual potensialının yüksəlməsi, gənclərin savadlı, bilikli, vətənpərvər və milli ruhda böyüməsinin cəmiyyətin və dövlətin inkişafında müstəsna əhəmiyyətini görür. Dövlət başçısı müstəqil dövlətimizi daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılmasını başlıca vəzifələrdən biri hesab edir, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm