Nida Təhlil
BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75 ci sessiyasında videoformatda çıxışında ölkəmizin milli maraqlarından irəli gələn çox mühüm məsələlərə toxundu. Dövlət rəhbərimiz Azərbaycanda bütün fundemental azadlıqların, hüquqların hər zaman təmin olunduğunu bildirərək, ölkəmizin sabit, müasir və demokratik ölkə olduğunu bildirdi.
Bunu Publika.az-a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
R.Qonaqov qeyd edib ki, Prezident İlham Əliyev çıxışında hökümətimizin başlıca prioritetləri sırasında demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, fundemental azadlıqların mühüm yer tutduğunu vurğulayıb: “Həmçinin bildiridb ki, ölkədə vətəndaş cəmiyyəti inkişaf edir, internet, dini etiqad, sərbəst toplaşma azadlıqları tam təmin edilir. Bir neçə ay öncə biz ölkədə geniş siyasi dialoq təşəbbüsü başlatmışıq.Bütün əsas siyasi partiyalar bu təşəbbüsü dəstəkləyib. Uğurla başlanan bu siyasi dialoq ölkəmizin siyasi sistemini gücləndirəcək, Azərbaycanın dayanıqlı inkişafınına xidmət edəcək”.
BMAM sədrinin sözlərinə görə, göründüyü kimi, ölkəmizdə siyasi partiyalarla, siyasi diaoqla bağlı prezident İlham Əliyevin tapşırığı ilə Prezident Adminstrsiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ciddi işlər görür: “Şöbə müdiri Ədalət Vəliyev təşəbbüsə qoşulan bütün siyasi partiyalarla dialoq aparır. Son 5 ay ərzində 10 siyasi partiyanın qurultaylarının keçirilməsi və təsis sənədlərinə edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması, bu xüsusda parlamendə təmsil olunan siyasi partiyaların sayının 9 -dan 11-ə yüksəlməsi, parlamentdə əksər siyasi partiyaların komitə rəhbərliyində təmsil olunması, müxalif siyasi partiyanın parlamentin vitse spikeri seçilməsi, 6 yeni siyasi partiyanın dövlət qeydiyatına alınması, bununla yanaşı siyasi partiyaların aktivləşməsi və s.görülən işlərə əyani sübutdur. Beləliklə də, bütün bunlar ölkə başçısının çıxışının timsalında Azərbaycanın geniş siyasi daloq platforması kimi beynəlxalq arenaya çıxarıldı”.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO














.jpg)






















.jpg)


