Nida Təhlil
Dövlətimiz hər zaman öz əsgərinin yanındadır - Deputat
“Dünən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü ölkə rəhbərliyinin torpaqlarımızın azadlığı uğrunda yaralanan hərbçilərə böyük diqqət və qayğı göstərməsinin nümunəsidir”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, ölkəmizdə bütün hərbçilərə, o cümlədən yaralanan əsgər və zabitlərə, şəhid ailələrinə xüsusi diqqət və yanaşma var: “Dövlət başçısı bildirdi ki, bütün resurslardan, ən yaxşı vasitələrdən və həkimlərdən istifadə edərək onların tam şəkildə sağalması təmin ediləcək. Yaralanan hərbçilər sağalaraq əvvəlki həyatlarına qayıdacaqlar. Dövlətimiz hər zaman öz əsgərinin yanındadır.
Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, vətən uğrunda haqlı savaşlarını davam etdirsinlər. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Ölkəmiz şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bu, çox böyük ruh yüksəkliyidir. Hər bir hərbçimiz, əsgərimiz, torpaqlarımız uğrunda döyüşən hər bir vətəndaş bilir ki, onun arxasında dövlət var. Nə olursa-olsun, dövlət onların ailəsinə dəstəkdir. Bu, ölkə Prezidentinin vətəndaşa olan dəstəyinin, eyni zamanda, vətəndaşlarımızın da dövlət başçısının yanında olmasının göstəricisidir”.
Akqabay Mıradov
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

