Nida Təhlil
İsrail həmişə haqq səsini dünyaya çatdırıb - Vahid Əhmədov
Türkiyə, Pakistan, İsrail və s. ölkələrin Azərbaycanla sıx dostluq əlaqələri var və bu əlaqələr keçmişə söykənir. İsrail həmişə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Ermənistan nə qədər çalışsa da, Azərbaycan İsrail arasındakı münasibətləri poza bilməyəcək.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov deyib. O, açıqlamasında Ermənistanın öz səfirini İsraildən geri çağırmasına münasibət bildirib:
“Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq haqqında müəyyən sazişlər var. Hərbi sənaye kompleksinin inkişafında İsrail bizə yardım edir. Ermənilər anlayır ki, İsrail dünyada öz sözünü deyən dövlətlərdən biridir. Hesab edirəm ki, tezliklə İsraildə Azərbaycan öz səfirliyini də açmalıdır.
Ümumiyyətlə, ermənilərin yəhudilərlə münasibətləri tarix boyu ürəkaçan səviyyədə olmayıb. Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Ötən əsrin əvvəllərində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudilər olub. Azərbaycan Respublikasının Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapıb. Sadəcə 31 Mart soyqırımında deyil, 90-cı illər hadisələrində də yəhudilər Azərbaycan Ordusunda qəhrəmancasına həlak olub.
Ermənilər öz hiyləgərliyini hər yerdə istifadə etmək istəsə də, son dövrlərdə bu, keçmir. Nə dünya, nə də Azərbaycan əvvəlki deyil. Azərbaycan kifayət qədər təcrübəyə malik, iqtisadi və hərbi gücü olan dövlətdir. Odur ki, bizim haqq səsimizi müdafiə edən ölkələr də Ermənistanı dəstəkləyənlərdən çoxdur. İsraillə kifayət qədər yüksək səviyyədə münasibətlərimiz olduğu üçün Ermənistan səfirliyini ordan geri çağırmağa qərar verib. Hər halda bu məsələ bizi narahat etmir. Bizi narahat edən odur ki, torpaqlarımızı azad edək”.
Aytən Məftun
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

