Nida Təhlil
İşğaldan azad edilən ərazilərin strateji ƏHƏMİYYƏTİ - “Altı qızıl, üzəri digər sərvətlərlə...”
Ötən gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Ondan əvvəl də bir çox yüksəkliklər, o cümlədən Cəbrayıl şəhəri, ətraf kəndlər də işğaldan azad edilmişdi.
Qəhrəman ordumuzun uğurlu əməliyyatları nəticəsində düşməndən təmizlənən bu ərazilərin strateji və bir sıra mühüm əhəmiyyətini keçmiş hərbçilər, ekspertlər Publika.az-a şərh edib.
“Buradan digər işğalda olan torpaqlarımıza doğru irəliləyə bilərik”
Ehtiyatda olan general-leytenant, Əfqanıstan və Qarabağ müharibələri, habelə Silahlı Qüvvələrin veteranı Yaşar Aydəmirov deyib ki, ermənilər Cəbrayıl şəhərini, ətraf kəndləri ordumuzun işğaldan azad edəcəyini gözləmirdi: “Azərbaycan Ordusu istənilən istiqamətdə istənilən zərbəni düşmənə vura bilər. Əslində, onlar bizi başqa istiqamətdən gözləyirdilər. Ordumuz gözlənilməz anda bir sıra yaşayış məntəqələrimizi işğaldan azad etdi. Bu kəndlərin, yüksəkliklərin hər biri strateji əhəmiyyətli ərazilərdir. Biz son azad olunan yüksəkliklər və yaşayış mərkəzlərimizdən digər işğalda olan torpaqlarımıza doğru irəliləyə bilərik. Bu baxımdan o ərazilər olduqca əhəmiyyətlidir”.
“Bu istiqamət önəmli olduğu üçün ilk ora azad olundu”
Üçüncü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov bildirib ki, bu ərazilərin ilk və ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, torpaqlarımız işğaldan azad olunur: “Digər vacib məsələ isə döyüşlərin plan üzrə getməsidir. Əhəmiyyətli istiqamətlərdən onların planları müəyyənləşdirilir. Bundan sonrakı addımlar da planlaşdırılır və ona uyğun hərəkət edilir. Cəbrayıl istiqaməti önəmli olduğu üçün ilk ora azad olunub. Digər strateji əhəmiyyəti ondan ibarətdir ki, hər dəfə bir kənd, bir yüksəklik azad olunduqca əsgərlərimizdə ruh yüksəkliyi artır, döyüşlərə inam daha da çoxalır. Düşmən isə geri çəkilməyə məcbur olur və inamı azalır. Döyüşdə də bu, əsas amillərdən biridir. Coğrafi baxımdan da əməliyyat planına uyğun olaraq hər bir təpənin, yüksəkliyin, yaşayış məntəqəsinin, kəndin özünəməxsus yeri var. Hər bir azad olunan ərazi növbəti uğurlu addımı atmağa perspektiv yaradır”.
“O torpaqlar yad nəfəsindən bezmişdi”
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, işğaldan azad olunan ərazilər bizim doğma torpaqlarımızdır və əsgərlərimiz onun hər bir qarışı uğrunda qan tökür, həyatları bahasına onu düşməndən geri alırlar: “Cəbrayıl rayonunun işğaldan azad olunan Çaxırlı kəndinin görüntülərini izlədim. Biz bu görüntüləri bütün dünyaya yaymalıyıq, hər kəs görsün ki, erməni vandalları daşı daş üstə qoymayıblar. Səfalı, münbit və gözəl yerləri, bizim üçün son dərəcə əhəmiyyət kəsb edən əraziləri düşmən nə hala salıb. Onlar bilirdilər ki, orada yaşamayacaqlar, bu ərazilər Azərbaycanındır. Həmin torpaqlarım strateji əhəmiyyəti isə bizim üçün çox böyükdür. Oradan növbəti rayonlara doğru gedə bilərik. Kəlbəcərimiz, Şuşamız, Laçınımız bizi gözləyir. Bu baxımdan işğaldan azad olunan hər bir qarış torpaq bizim üçün doğma və əzizdir. Dünən cəbrayıllılarla birlikdə idim. Onlar deyirlər ki, orada hər bir qarış torpağı biz öpə-öpə dirçəldəcəyik, oralara həyat verəcəyik. O torpaqlar yad nəfəsindən bezmişdi və öz insanlarının nəfəsi üçün darıxıb”.
Ü.Cəfərov vurğulayıb ki, orada qısa müddət ərzində hər kəs öz həyətində gözəl imkanlar yaradacaq. Ona görə də bu torpaqların əhəmiyyəti heç nə ilə ölçülə bilməz: “Biz işğaldan azad olunan hər bir ərazidə həyat və fəaliyyəti tam şəkildə bərpa edəcəyik. Azərbaycana xarici ölkələrdən jurnalistlər gəlir, onlar cəbhə xəttindədir. Bununla yanaşı Prezident İlham Əliyev beynəlxalq televiziyalara müsahibə verir. Erməni vəhşiliyi bütün dünyaya çatdırılır. Hər kəs öz üzərinə düşəni etməlidir. Bu, bizim haqq savaşımızdır. Biz işğaldan azad olunan hər bir qarış torpağı göstərməliyik ki, ermənilər bu torpağın altını da, üstünü də dağıdıblar. Altı qızıl, üzəri yerüstü sərvətlər olan bu ərazilərin bütün tarixi-mədəni obyektlərinin hamısını məhv ediblər. Ona görə də bu yerlərin əhəmiyyəti bizim üçün çoxdur. Bundan sonra bu əraziləri göz bəbəyimiz kimi qorumalıyıq ki, bir də mənfur düşmən bu tərəfə boylanmasın və 90-cı illərin əvvəllərindəki vəhşilikləri təkrar etməsin”.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...