Nida Təhlil
Prezident Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir - Politoloq
“Moskvada 11 saat davam edən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin gõrüşünün yekun nəticə razılaşma protokolu ölkə başçımızın dünənki çıxışının tələbləri ilə birmənalı olaraq uyğundur. Belə ki, hər şeydən əvvəl bilinməldir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirmişdi: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu mövqeyini Cənab Prezident xalqa müraciətində bir daha səsləndirdi. Bugünədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu bir daha təsdiq edir. Prezidentin rəhbərliyi altında istər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır”.
Publika.az xəbər verir ki, bunu politoloq Şəbnəm Hüseynova deyib. O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşünün ardınca verilən bəyanat və atəşkəsin elan olunması Azərbaycanın şərtləri nəzərə alınmaqla baş tutub:
“Çox aydındır ki, danışıqların 11 saat davamlı keçməsi prosesin mürəkkəbliyindən, eyni zamanda gərgin şəraitdə aparılmasından xəbər verir. Bu dəfə birmənalı şəkildə şərtləri Azərbaycan tərəfi müəyyən etdi. İstər Ermənistan, istərsə də onun havadarları Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini dərk etdilər. İlk baxışda asan görünə bilər, lakin nəzərə alsaq ki, bu danışıqlar müxtəlif dairələr tərəfindən Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiq şəraitində həyata keçirilir, deməli, cənab Prezident yüksək diplomatik məharət və siyasi iradə nümayiş etdirərək bütün təzyiqlərə sinə gəlir, onları neytrallaşdırır və yüz ölçüb, bir biçərək qərar alır. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, diplomatiyada hər hansı səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.
Ermənistan tərəfi bu hərbi əməliyyatlar zamanı böyük itkilərə məruz qalaraq heç zaman unuda bilməyəcəyi dərs aldı və Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Xarici İşlər nazirlərinin görüşü nəticəsində verilmiş bəyanatın 4-cü bəndi də (Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər) bunu təsdiqləyir. Belə ki, Ermənistan tərəfinin danışıqlar formatını dəyişmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq cəhdləri baş tutmadı və məcburi şəkildə Azərbaycanın şərtlərini qəbul edərək danışıqlar formatının dəyişilməzliyini təsdiq etdi.
Eyni zamanda, bu da açıq və aydın şəkildə bilinməlidir ki, hazırda elan olunmuş humanitar atəşkəs uzun müddət davam edə bilməz, yəni humanitar atəşkəs müvəqqəti xarakter daşıyır və münaqişənin Azərbaycanın qoyduğu şərtlər daxilində həlli ilə bağlı qəti addımlar atılmadığı halda hərbi əməliyyatlar yenidən başlaya bilər. Yəni, əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması an məsələsidir”.
Politoloqun sözlərinə görə, Moskva görüşü məsləhət, fikir formatlıdır:
“Bu səbəbdən də müharibənin və atəşin gedişinə təsir edə biləcək həlledici xarakter daşımır. Belə ki, oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu, birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır.
Bütün bunları nəzərə alaraq münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupu bilməlidir ki, mahiyyətli, konkret nəticəyə söykənən danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Çünki artıq təmas xətti deyilən anlayış yoxdur, bu, cənab Prezident tərəfindən dəyişdirildi. Status-kvo da yoxdur, bu da Azərbaycan tərəfindən dəyişdirildi və münaqişənin hərbi həlli yoxdur tezisi də birdəfəlik darmadağın edildi. Bu gün Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geosiyasi mənzərəsini dəyişir. Belə ki, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geosiyasi əhəmiyyəti var.
Vasitəçilər bilməlidirlər ki, bu, Ermənistana verilən son şans idi. Vasitəçilər qətiyyətli addım atmalı və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməlidirlər. Əks halda hərbi əməliyyatlar yenidən başlaya bilər və bu dəfə Ermənistanı heç kim xilas edə bilməyəcək. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.
Türkiyənin də məsələyə cavabı gecikmədi. Belə ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığına əsasən Türkiyə XİN məlumat yaydı ki, C.Bayramov Moskvada keçirilən son görüş haqqında M.Çavuşoğluna məlumat verib. Çavuşoğlu da öz növbəsində vurğulayıb ki, Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir və dəstəkləyəcək. Deməli, Türkiyə tərəfinin də dəfələrlə qeyd etdiyi kimi, Türkiyə istər savaş meydanında, istərsə də danışıqlar masasında Azərbaycanın yanındadır.
Bu gün ən mübariz və ən məğrur insan Ali Baş Komandanımızdır. O hər zaman, eləcə də Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Bütün dünya ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistan baş nazirinin hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadığını gördüsə, eyni zamanda da Azərbaycan xalqının əzmini və ərazilərin işğaldan azad edilməsi üçün bütün xalqın Ali Baş Komandanın ətrafında səfərbər olduğunu gördü”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...