Nida Təhlil
Gəncəni hədəf seçən Ermənistanı NƏ GÖZLƏYİR? - Professor AÇIQLADI
“Ermənistan həmişə olduğu kimi danışıqlar prosesini pozan, beynəlxalq hüquqa hörmət etməyən dövlət kimi öz xislətini göstərdi. Onlar Moskva razılaşmasının tələbini pozdu və Gəncəni hədəf alaraq raket zərbələri endirdi. Bu tələbin pozulması təkcə döyüş bölgəsində deyil, dinc əhaliyə qarşı yönəldilən hərbi əməliyyatlarda da öz əksini tapdı. Bu, bağışlanmaz haldır və beynəlxalq hüquqa ziddir”.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi, xüsusilə də mülki əhalinin hədəf alınmasına göstəriş verən şəxslər beynəlxalq, eyni zamanda da müharibə cinayəti törədir.
İ.Vəliyev bildirib ki, bu cinayəti törədən şəxslər məhkəməyə təqdim edilərək cinayət məsuliyyətinə cəlb edilməlidir və bu, beynəlxalq qanunvericiliklə müəyyənləşdirilib: “Azərbaycan xalqı və siyasiləri çalışmalıdırlar ki, bu mənfur hərəkət barədə bütün dünya bilsin. Görsünlər ki, Ermənistan silahlı qüvvələri dinc və günahsız əhaliyə, qadın və uşaqlara qarşı iriçaplı, o cümlədən dünyada qadağan edilən silahlardan istifadə edir. Bunun nəticəsində xeyli sayda insan yaralanıb və həyatını itirib. Düşünürəm ki, baş vermiş hadisənin mahiyyəti barədə dünya ictimaiyyətinin məlumatlandırılması davam etdirilməlidir. Bu məsələni dünyaya çatdırmaq üçün xüsusi qrup da yaradılmalıdır. Bu gün Azərbaycan Respublikasının ərazisində çalışan xarici vətəndaşlardan öz təbliğatçımız kimi istifadə edilməli, onlarla mütəmadi görüşlər keçirilməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti onlara izah edilməlidir”.
Professor qeyd edib ki, beynəlxalq qanunvericilik bizə imkan verir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edək: “Azərbaycan və Ermənistan bu quruma üzv dövlətlərdir. Ölkələrin də ixtiyarı var ki, belə olan halda qarşı tərəfi məsuliyyətə cəlb etmək üçün dəymiş ziyanın ödənilməsi məqsədilə, habelə günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. Bu istiqamətdə Azərbaycan Baş Prokurorluğunun həyata keçirdiyi iş olduqca təqdirəlayiqdir. Materiallar toplanılır və Azərbaycana dəyən ziyanın məbləği müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin haqqı çatır ki, dəymiş ziyanın ödənilməsi məsələsini həll etsin, günahkar tərəfi təqsirli hesab etsin. Hətta ixtiyarı var ki, dövlətlərə müraciət etsin və baş verən hadisələrə görə günahkar olan şəxsin cinayət məsuliyyəti məsələsinə baxılsın”.
İ.Vəliyev vurğulayıb ki, hazırda Ermənistan məğlub vəziyyətdədir: “Biz öz ərazilərimizin bir hissəsini geri qaytarmışıq. Bu atəşkəs ölkə Prezidentinin Dağlıq Qarabağın azad edilməsi və ölkə ərazisinin bərpa edilməsi barəsindəki fikirlərinin, yəni bunun dinc yoldan başqa müharibə yolu ilə də mümkündür fikrinin davamıdır. Bu, heç də atəşkəs demək deyil. Bu, sadəcə olaraq humanitar fasilədir. Təəssüflər olsun ki, Ermənistan tərəfi buna əməl etmir. Hazırda Ermənistanın həm insani, həm də hərbi resursları başa çatmaq üzrədir. Onlar Azərbaycan Silahlı Qüvvələrinin qarşısında davam gətirmək iqtidarında deyil. Həmçinin beynəlxalq hüquq normasının pozulması istiqamətində yeni addımlar atırlar. Onlar vətəndaşların daşınması üçün nəzərdə tutulan hava nəqliyyatı vasitələrində silah-sursatların daşınması ilə məşğuldurlar. Bu da hüquq normasının pozulmasıdır. Düşünürəm ki, beynəlxalq ictimaiyyətə bu göstərilən hallar lazımi səviyyədə çatdırılarsa, Ermənistan rəsmilərinin məsuliyyət məsələsi yaxın vaxtlarda həll ediləcək və bütövlükdə Azərbaycanın sərhədlərinin bərpa edilməsi istiqamətində ölkə başçısının irəli sürdüyü tezislər öz məntiqi nəticəsini tapacaq”.
Akqabay Mıradov
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA