İlham Əliyev bununla bütün dünyaya göstərdi ki... - DETALLAR
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev bununla bütün dünyaya göstərdi ki... - DETALLAR

“Son vaxtlar dünyanın ən nüfuzlu televiziya kanallarına daha çox sayda Azərbaycan Prezidentinin və məhdud sayda Ermənistanın baş nazirinin müsahibələrinin məzmunlarının müqayisəsi bir çox mətləbləri ortaya çıxarır. Formal olaraq aprılan müqayisələr bir daha ortaya qoyur ki, Azərbaycanın davam edən münaqişədə və son 2-3 həftə ərzində gedən müharibədəki müəyyən məsələlərlə bağlı mövqeyi hansı arqumentlərə söykənib. Ermənistanın isə mövqeyinin hansı “arqumentlərə” söykəndiyi burada aydın şəkildə hiss olunur”.

Bu fikirləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevinin Rusiyanın “RİA Novosti” telekanalına müsahibəsində xüsusilə atəşkəslə bağlı imzalanan son sənədin məzmunu ilə bağlı dedikləri Azərbaycanın nə qədər perspektivli və düzgün yolda olduğunu göstərdi: “Eyni zamanda dövlət başçısı atəşkəsə Ermənistanın bir dəqiqə belə olsa əməl etməməsinin səbəblərini bütün dünyaya aydın şəkildə çatdırdı. Prezidentin dedikləri bir daha göstərdi ki, həm Moskva hakimiyyətindəki Ermənistana yaxın olan lobbiçilərin təsiri altında, həm də digər məsələlərin təsirilə atəşkəs sənədinin ilkin məzmunu Azərbaycan üçün sərfəli olmayan formada tərtib olunub. Ölkə başçısı açıq şəkildə dedi ki, Azərbaycanın çox ciddi müqaviməti və gücünün nümayişi sayəsində o sənədin məzmununu tam şəkildə dəyişdirildi. Humanitar atəşkəslə bağlı Moskva razılaşması Azərbaycanın həm maraqlarına, həm də beynəlxalq hüquq normalarına, Qarabağ probleminin tənzimlənməsinin baza prinsiplərinə tamamilə uyğundur. Bu, həqiqi bir yoldur. Orada olan maddələr Ermənistanın mənafelərinə uyğun deyil. Bu səbəbdən də Ermənistan atəşkəsə əməl etmədi və humanitar atəşkəs qüvvəyə mindiyi andan onu pozdu”.

A.Quliyev bildirib ki, Prezident İlham Əliyev bu müsahibədə bütün dünyaya nümayiş etdirdi ki, Ermənistan son 10-15 ildə sülh prosesini, ortaya qoyulan sənədləri ardıcıl şəkildə pozmaq siyasətini məhz sonuncu qəbul olunan sənədə olan münasibətdə də ortaya qoyub: “Ermənistan indiyədək mahiyyətli danışqların aparılmasını istəməyib, Azərbaycanın işğal olunmuş rayonlarının azad olunması üzərində olan danışıqları qəbul etməyib, bunu hər vasitə ilə pozub. Həm də münaqişənin mərhələli şəkildə tənzimlənməsi ilə bağlı həmsədrlərin də razılaşdığı bütün müddəaları kənara qoyub. Ermənistan eyni zamanda danışqlar formatını da dəyişmək üçün ardıcıl şəkildə pozucu iddialarla çıxış edib və Dağlıq Qarabağ qondarma qurumunu danışıqlar prosesinə müstəqil tərəf kimi daxil etməyə çalışıb. Azərbaycan Prezidentinin o müsahibədə, xüsusilə də Moskva sənədinin məzmunu ilə bağlı dediklərini Ermənistanın son 2-3 həftə ərzində nümayiş etdirdiyi siyasətin əsil ifşa platforması saymaq olar. Çünki dünyaya bir daha nümayiş etdirildi ki, Ermənistan sülhün olmasında, torpaqların azad olunmağında qəti şəkildə maraqlı deyil və prosesləri pozmağa çalışır”.

Ekspertin sözlərinə görə, muzdluların guya Azərbaycan tərəfindən vuruşması ilə bağlı dövlət başçısının dedikləri dünyada olan, xüsusilə də milyonlarla rusdilli auditoriyada olan şübhələrin aradan qaldırılmasında təsirli rolu oynadı: “Prezident sübut etdi ki, Azərbaycanın xaricdən muzdlu döyüşçülər gətirməkdə heç bir marağı yoxdur. Çünki ölkəmizdə ordunun şəxsi tərkibini komplektləşdirmək üçün kifayət qədər insan resursu var. 10 milyondan çox əhalisi olan bir ölkənin xaricdən muzdluları gətirməyə heç bir ehtiyacı yoxdur. Prezident çox aydın faktlarla sübut etdi ki, Ermənistan ordusunda həlak olmuş hərbçilərin ciblərindən Kanada, Livan və başqa ölkələrin vəsiqələri çıxır. Dövlət başçısı Azərbaycana qarşı əsassız şəkildə xaricdən muzdluların gətirilməsi iddiasını ifşa etdi və o ittihamları Ermənistanın özünə qarşı çevirərək sübut etdi ki, bu gün regionda muzdluların köməyindən istifadə edən yeganə ölkə varsa, o da Ermənistandır. Düşünürəm ki, bu müsahibə həm müharibə dövrü üçün, həm də ümumiyyətlə, Dağlıq Qarabağ problemi kontekstində Azərbaycanın həqiqətlərini göstərmək baxımından əhəmiyyətli və təsirlidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm