Nida Təhlil
Qonaqov: "Ermənistan ordusu bütün cəbhə boyu təslim olur"
"İşğalçı və terrorçu Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Füzuli cəbhəsində ağır itkilər verərək məğlubiyyətə uğrayan düşmən ordusu artıq iflic olub. Şəxsi heyəti tükənib və ruh düşkünlüyü işğalçıda pik həddə çatıb. Bütün bunlar isə Ermənistan əhalisində Paşinyan hökumətinə qarşı hiddəti artırıb. Artıq valideyinlər öz övladlarını orduya buraxmaq istəmir və müxtəlif bəhanələrlə yayındırırlar".
Publika.az xəbər verir ki, bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
O bildirib ki, işğalçı Ermənistanda əsgərlər arasında fərarilik halları baş alıb gedir, cəza hallarının tətbiqi praktikası belə heç bir nəticə vermədən hakimiyyətə nifrəti daha da artırır:
"Cəbhədə ardıcıl məğlubiyyət əhalinin sosial iqtisadi vəziyyətini Ermənistanda daha da dərinləşdirir ki, buda hazırki Paşinyan hakimiyyətinə qarşı narazıların və əks qütbdə duranların yeni revanşına səbəb olur. Ermənistanda hazırki şərait Paşinyan hakimiyyətinə mövcud vəziyyətlə barışmağı diqtə edir. Artıq Paşinyan bütün mövcud vəziyyətlərdən istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır".
"Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etməklə, ərazilərimizdən işğalçı ordunun çıxmağa hazır olduğu haqda mesajlar ötürür. Beləliklə də siyasi, iqtidadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyan Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür", - R.Qonaqov əlavə edib.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO














.jpg)






















.jpg)


