Nida Təhlil
Ermənistanın siyasi hakimiyyəti devriləcək, Paşinyan və onun ətrafı isə... - Deputat AÇIQLADI
“Azərbaycan torpaqlarında aparılan işğalçılıq siyasəti Ermənistanın müharibə meydanında olduğu kimi iqtisadiyyatını da məhv edib. Dövlət büdcəsinə böyük gəlirləri olmayan Ermənistan 27 il ərzində “erməni ordusu” mifini yaratmışdı. Həm onlara hədiyyə olunan çoxlu silahlar, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinin özünü Azərbaycandan üstün hesab edərək yeni torpaqlar uğurunda yeni müharibə bəyanatlarını səsləndirməsi ölkəsini acınacaqlı durumla üzləşdirib”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatı çökən bir ölkə müharibə apara bilməz və bu gün də Ermənistanın xarici dövlət borcu günü-gündən artmaqdadır: “Ermənistan xarici maliyyə qurumları qarşısındakı öhdəliklərini icra edə bilmir. 22 günlük müharibə dövründə ermənilərin demək olar ki, bütün hərbi texnikası və atıcı silahları darmadağın edildi. Ölkənin bank rezervlərin ehtiyatları cəmi 1,5 milyard dollar dəyərləndirilir ki, bu da hərbi xərclərə yönəldilə bilinməyən bir vəsaitdir. Orduda yanacaq, ərzaq, hərbi sursat çatışmazlığı adi hala çevrilib. Yanacağı olmayan maşınlar və avtomobillər dəmir yığınından başqa bir şey deyil”.
A.Badamov qeyd edib ki, günlərlə ac qalan əsgərlər kütləvi şəkildə fərarilik edirlər: “Ermənistandan səfərbər edilərək Dağlıq Qarabağa döyüşmək üçün çağırılanlar müharibəyə getmək istəmədiklərini deyirlər. Onlar bildirirlər ki, Azərbaycan Ordusunun qarşısına çıxmaq və ölməkdənsə, fərarliyinə görə cəzalanmaqla həbsxanaya atılaraq sağ qalmaqlarını üstün hesab edirlər. İqtisadi resursların tükənməsi və hərb meydanındakı uğursuzluqlar Ermənistanın siyasi meydanını da böhrana sürükləyib. Köhnə prezidentlərin və müxalif qüvvələrin birləşməsi Paşinyan hakimiyyətində xaos yaradıb. Bütün bunlar onu deməyə imkan verir ki, Ermənistanın siyasi hakimiyyəti devriləcək və Paşinyanla onun ətrafını tezliklə həbsxana həyatı gözləyir”.
Akqabay Mıradov
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






