Nida Təhlil
Bu fərman insanların Qarabağa daha tez qayıtmasına imkan verəcək
“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkili ilə bağlı fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu sənəd erməni işğalçılarının ekoloji terrora məruz qoyduğu, dağıtdığı, tarixi-mədəni abidələrimizi məhv etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərin inkişafına təkan verəcək”.
Bunu Publika.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması ilə bağlı vahid uçotun yaradılması çox vacibdir: “Bu ərazilərdə erməni işğalçıları 30 il ərzində hər şeyi məhv edib. Ancaq bununla yanaşı orada nə qalıbsa, işğalçıların qoyub getdiyi avadanlıqlar, ərazilərin təmizlənməsi, infrastrukturun öyrənilməsi, orada olan kommunikasiyaların bərpası ilə bağlı ilkin qiymətləndirmə aparılacaq. Bunun üçün və təhlükəsizliyin təmin olunması baxımından komendantlıqların yaradılması kifayət qədər effektiv addımdır”.
Komitə sədri qeyd edib ki, indiki mərhələdə belə bir qiymətləndirmənin aparılması sonrakı mərhələdə daha sürətli bərpa fəaliyyətinin, inkişaf və quruculuq işlərinin aparılması baxımından çox effektiv və sürətli hərəkətlərin həyata keçirilməsinə imkan yaradacaq: “Ümumilikdə, komendantlıqların tətbiq olunması beynəlxalq təcrübədə rast gəlinən addımdır. Bu cəhətdən baxsaq, düşünürəm ki, Azərbaycanda indiki halda işğaldan azad olunmuş ərazilərdə müvəqqəti idarəetmə formasının tətbiq olunması bu ərazilərə insanların daha sürətli qayıtmasına və dövlət resurslarının daha effektiv şəkildə planlaşdırılmasına imkan verəcək”.
Akqabay Mıradov
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ16 Aprel 21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...




































