Nida Təhlil
Azərbaycan yeni - quruculuq mərhələsinə daxil olur - Millət vəkili
Azərbaycan yeni - quruculuq mərhələsinə daxil olur. Bu mərhələ 30 illik həsrətin sona enməsi və uzun müddət işğal altında olan ərazilərimizə həyatın qısa zamanda qayıtması deməkdir.
Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
“Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, bu il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində vətəndaşlara, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması həyata keçiriləcək. Bu məqsədlə yaradılan Dövlət Komissiyası erməni təcavüzü nəticəsində mülki vətəndaşlarmıza və obyektlərə dəymiş bütün ziyanı qiymətləndirəcək. İşğalçı ordunun nəinki cəbhə xəttində, hətta döyüş zonasından uzaq şəhərlərmizdə də mülki vətəndaşları və obyektləri hədəfə aldığını nəzərə alsaq dəymiş ziyanın miqyasının necə böyük olduğunu təsəvvür etmək çətin olmaz.
Dövlət Komissiyası qiymətləndirmə nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası üçün tələb olunan maliyyə vəsaitinin məbləğini də hesablayacaq. Dəymiş ziyan barədə nəinki yerli ictimaiyyətə, eləcə də beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara məlumat veriləcək.
Bununla da erməni təcəvüzü nəticəsində mülki vətəndaşlarımıza, sahibkarlarımıza dəyən ziyan Azərbaycan dövləti tərəfindən kompensasiya ediləcək. Bu, dövlətin öz vətəndaşının yanında olmasının bir daha göstəricisidir. Eyni zamanda, davam edən savaşda erməni işğalçıları tərəfindən mülki vətəndaşlara yeni ziyanlar dəyərsə, o da qiymətləndiriləcək və ödəniləcək”, - Bayramov bildirib.
İqtisadçı-alim qeyd edib ki, 30 illik işğal dövründə Azərbaycana dəyən ziyanın da qiymətləndirilməsi aparılacaq. İşğalçı ordu uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırım edib: “Demək olar bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıldılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir. Bu isə işğal altında olan ərazilərimizdə erməni barbarlığının bir sübutudur".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)









.jpg)

















.jpg)
.jpg)

