Livan və Suriya ermənilərinin Zəngilana gətirilməsi təsadüfi deyil - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Livan və Suriya ermənilərinin Zəngilana gətirilməsi təsadüfi deyil - Millət vəkili

Çoxdan məlum idi ki, Ermənistan işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan dünyanın müxtəlif ölkələrindən, xüsusilə şərq dövlətlərində yaşayan erməniləri bu ərazilərə köçürürdü.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, dinşünas alim Ceyhun Məmmədov deyib.

O, bildirib ki, bu barədə beynəlxalq agentliklərdə və saytlarda da videolar yayılmışdı: “Hətta Ermənistan açıq-aydın yaymışdı ki, onlar Qarabağda məskunlaşdırma siyasətini həyata keçirir. Çünki Ermənistanın əhalisi o qədər də çox deyil, əhalinin bir hissəsi xaricə köçüb. Livan və Suriya ermənilərini bu prosesə daha çox cəlb etməyə və işğal etdiyi əraizlərdə yerləşdirməyə çalışırdı.

İşğaldan azad olunmuş Zəngilan rayonundakı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qurumunun binasına baxış zamanı bir daha aşkarlandı ki, Qarabağa suriyalılar gətirilib və orada məskunlaşdırılıb. Onların pasportlarının sürəti və siyahısı da bizim qurumlar tərəfindən götürüldü və araşdırıldı. Ümumilikdə bu, Cenevrə Konvensiyasına ziddir, bu torpaqların beynəlxalq birliklər və qurumlar tərəfindən Azərbaycan ərazisi olduğu qəbul edilib. Azərbaycan torpağını işğal etmək və başqa ölkənin vətəndaşını qeyri-qanuni yollarla məskunlaşdırmaq beynəlxalq konvensiyaya qarşı çıxmaq deməkdir. Hadisələrin bu vəziyyətə gəlməsinin səbəbi zamanında Ermənistana heç bir sanksiyaların tətbiq olunmamasıdır. Azərbaycan məskunlaşdırma siyasəti və işğal olunmuş ərazilərdə törətdiyi cinayətlər barədə dəfələrlə beynəlxalq təşkilatlara müraciət etsə də, Ermənistana təzyiqlər olunmadı. Bununla bağlı Azərbaycan davamlı olaraq məsələ qaldırdı, amma adekvat reaksiyalar verilmirdi. Son əldə edilən faktlar da göstərdi ki, həqiqətən Ermənistan bu ərazilərimizdə məskunlaşdırma siyasətini davam etdirib”.

Ekspert qeyd edib ki, Livan və Suriya ermənilərinin gətirilməsi təsadüfi deyil: “Hər iki ölkədə müharibə gedirdi, Livanda son partlayışdan sonra Ermənistan bu barədə qərar qəbul etdi. Bu məsələyə hüquqi qiymət verilməli və Ermənistan cəzalandırılmalıdır. Azərbaycan artıq tarixi torpaqlarının bir hissəsini işğaldan azad edib. Uzun müddət gözlədik, zamnında adekvat reaksiya göstərilmədiyi üçün bu gün BMT-nin qətnamələrini Azərbaycan Ordusu yerinə yetirir. Ermənistan bu əməllərinə görə hüquqi məsuliyyət daşıyır”.

Millət vəkili Qubadlıda məscidlərimizin donuz tövləsinə çevrilməsindən də söz açıb: “Bütün səmavi və müqəddəs dinlərdə məscid, kilsə və sinaqoqlar Allahın evi və toxunulmaz yerlər saylır. Təəssüflə qeyd edim ki, Ermənistan siyasi hakimiyyəti üçün heç bir dəyər, müqəddəslik anlayışı yoxdur. Bu millətin bütün qəhrəmanları uşaq qatilləri və cinayətkarlardı. Qubadlıda da gördük ki, ermənilər bizim məscidlərimizdə donuz saxlayır.

O qədər yer olmasına baxmayaraq, məsciddə donuz saxlamaq İslam dəyərlərinə hörmətsizlikdir. Məscidlərdə heyvan saxlayan ölkədən müsəlmana dost olmaz. Bir müddət əvvəl biz bunun Qarabağın digər bölgələrində görmüşdük. Bu, Ermənistanın həqiqi mahiyyətini ortaya qoyur, göstərir ki, onlar çox vəhşi millətdir. Ermənilər heç bir dini dəyərlərə hörmət etmirlər. Allahın evində necə donuz saxlamaq olar? Bu, mənəviyyatsızlığın və əxlaqsızlığın ən son həddidir. Ermənistan bu kimi davranışlarına görə mütləq cəzalandırılmalı və törətdiyi bütün cinayətlərə, maddi-mədəniyyət abidələrimizə vurduğu ziyana görə cavab verməlidir”. Azərbaycan hökuməti bununla bağlı məsələ qaldırıb, aidiyyatı strukturlar qarşısında beynəlxalq qurumlara müraciət edib. Hesab edirik ki, Ermənistanın əməlləri beynəlxalq qurumlar tərəfindən ciddi şəkikldə qınanılacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm