Nida Təhlil
Bu, bəşəriyyətin mənəvi irsinə qarşı təcavüzdür - Hacı Şahin
Birinci Qarabağ müharibəsi dövründə Ermənistan işğal etdiyi ərazilərdə məscidləri viran qoyub və ya tövlələrə çevirib. İndi biz o vandalizmin şahidi oluruq. İşğal olunmuş Azərbaycan ərazilərində olan məscidlərdə donuz saxlamaq Ermənistan rəhbərliyinin dinə, mənəviyyata, bəşəri dəyərlərə münasibətinin təzahürüdür.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
O, bildirib ki, ermənilər bu əməlləri ilə onlar üçün heç bir müqəddəs dəyərlərin olmadığını göstərir: “Ermənilər çox zaman Azərbaycanı dini dözümsüzlükdə ittiham edirlər, həyasızcasına bizi din davası aparmaqda ittiham edirlər. Halbuki, Azərbaycan heç zaman din davası aparmayıb. Azərbaycan ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunur, məscidlərlə yanaşı sineqoqlar tikilir, yeni kilsələr inşa edilir. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunan abidələrin siyahısındadır. Amma ermənilər İslam mədəniyyətinin incisi olan məbədləri məhv edir, regionda dini müharibə məsələsini qızışdırmağa və bu münaqişəni xristian-müsəlman qarşıdırması kimi təqdim etməyə cəhd göstərir. Halbuki, bu, din savaşı deyil. Azərbaycanın öz torpaqlarını beynəlxalq qanunvericiliyə əsaslanaraq azad etməsidir. Azərbaycan Ordusu dinc insanlara, mülki obyektlərə zərbə vurmur, tarixi abidələri dağıtmağa çalışmır. Ermənilər Azərbaycana məxsus olan abidələri, ibadət ocaqlarını məhv ediblər. Allahın evində donuz saxlamaq olar?
Əslində, bu, tək Azərbaycana xalqına deyil, ümumbəşəri dəyərlərə təcavüzdür, eyni zamanda İslam dünyasına qarşı hörmətsizlikdir. Odur ki, bütün beynəlxalq təşkilatlar, İslam Əməkdaşlığı Təşkilatı, UNESKO, İSESKO bu məsələlərə münasibət bildirməlidir. Çünki bu, bir xalqın deyil, bəşəriyyətin mənəvi irsinə qarşı təcavüzdür”.
Hacı Şahin bildirib ki, Azərbaycan hər zaman dini tolerantlıq və multikulturalizm nöqteyi nəzərindən dünyaya nümunə olan dövlətdir: “Azərbaycanda bütün din təmsilçiləri dinc yaşayıb, müxtəlif inanc sahibləri özlərini vətənində hiss edirlər. Azərbaycanda heç zaman dini ayrı-seçkilik olmayıb. Müxtəlif mərasimlərdə, tədbirlərdə müsəlmanlarla yanaşı, xristian, yəhudi din xadimləri də iştirak edib. Azərbaycanın ərazisi uğrunda gedən döyüşlərdə xristian dininə mənsub insanlar şəhidlik zirvəsinə ucalıb, könüllü olaraq döyüşlərə yazılıb. Bütün bunlar digər dinlərə hörmətin təzahürüdür.
Ermənistanda isə keşişlər insanları təcavüzkarlığa dəvət edir. Dinlər təcavüzə dəvət edə bilməz. Ümumiyyətlə, din müharibəni yalnız bir halda icazəli sayır ki, o, təcavüzə qarşı olsun. İnsanları təcavüzkar orduya qoşulmağa təhrik etmək, silaha sarılıb təcavüzə dəstək vermək xristian dininin də mahiyyətinə ziddir. Azərbaycan bu mənəvi prinsiplərə sadiq qaldığını növbəti dəfə göstərdi, Ermənistan isə mülki əhalini bombalamaqla bu savaşda çirkin üzünü ortaya qoydu.
Qarabağ hadisələrindən danışanda insanlar həmişə sual verirdi ki, Allahın ədaləti harda qaldı... Bəzən bizə elə gəlir ki, Allahın ədaləti gecikib, amma Allah hər bir xalqa fürsət verir ki, özünü toparlasın, öz intiqamını alsın. Unutmaq olmaz ki, Allah ədaləti insanların əlləri ilə bərqərar edir. 30 ildən sonra ilahi ədalət özünü göstərir, bizə yaşatdıqları aqibəti indi özləri yaşayır. Amma onlardan fərqli olaraq biz heç kimə zülm etmirik, öz haqqımız uğrunda savaşırıq və bu, ordumuzun savaşının məntiqi nəticəsidir. "Quran"da da dəfələrlə buyrulub ki, insanlar əməllərinin aqibətini görəcək. Ola bilsin ki, gec olsun, amma gec olması da bir imtahandır”.
Aytən Məftun
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı