Nida Təhlil
Paris merinin ikilistandart yanaşması... - Azər Badamov
“ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq bu münaqişənin tənzimlənməsi üçün mandat almış ölkələr öz neytral mövqeyini qoruyub saxlamalıdır. Əgər onlar öz neytral mövqelərini qorumasalar, onlardan həmsədr olmaz”.
Publika.az xəbər verir ki, bunu Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması ilə bağlı danışan deputat Azər Badamov deyib.
Deputat qeyd edib ki, Fransanın mövqeyi əvvəldən bizə qarşı yönəlmişdi: “Sonra başa düşdülər ki, həmsədr ölkədir, neytral mövqedə dayanmalıdır. Bu günlərdə isə qatı ermənipərəst mövqeyi ilə tanınan Paris meri Anna İdalqo Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı bəyanat səsləndirib”.
A.Badamov bildirib ki, əgər Dağlıq Qarabağın müstəqilliyini tanısaydılar, bu illər ərzində kimsə tanıyardı, kimsə tanımayıbsa, hamı Azərbaycanın beynəlxalq sənədlərdə tanınan sərhədlərinə hörmətlə yanaşıbsa, bundan sonra da belə davam edəcək:
“Hətta bu müharibənin iştirakçısı olan Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Belə olan halda Paris merinin səsləndirdiyi fikirlər onun ikiüzlü, ikilistandart yanaşmasını göstərir. Paris bir şəhər kimi Dağlıq Qarabağın müstəqilliyini tanısa da, o havanı dəyişmir. Artıq Azərbaycan öz haqq işini görüb, birgə üçtərəfli bəyannamə imzalanıb və bəyannamədə Ermənistan tərəf kimi məğlubiyyətə uğrayıb. Burada artıq Qarabağın status məsələsi öz əksini tapmayıb”.
Şamo Emin
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...

















.jpg)


















.jpg)


