Nida Təhlil
Fransa türkün gücünü gördükdən sonra... - Deputat
“Senatın qərarının Fransa hökuməti tərəfindən təsdiqlənməyəcəyi aydın idi. Fransa bu dəqiqə dünyada liderlik etmək istəyən 5 dövlətdən biridir. Ona görə bu qətnamənin nəticəsini qabaqcadan nəzərə aldı və başa düşdü ki, həmin qətnamə bir qrup insanın seçkilərə hesablanmış addımı idi”.
Publika.az xəbər verir ki, bunu Fransa deputat Sadiq Qurbanov qeyd edib.
Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımasına dair qətnaməni erməni diasporunun Fransa cəmiyyətinə inteqrasiyasının, orada söz saibi olmasının göstəricisi hesab edən S.Qurbanov bildirib ki, ermənilər orada hansı formada möhkəmlənir-möhkəmlənsin, Fransa dünya ictimaiyyətinin qarşısında tab gətirə bilməyəcək: “Fransa Türkiyə ilə mübarizə apara bilməz. Bu qərara bir neçə aspektdən baxmaq olar. Birincisi, bunlar bir dövlət olaraq Qafqazı əllərindən çıxartdılar. Çünki noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanat və dərhal burada Rusiya ilə birgə Türkiyənin müşahidə məntəqələrinin yaradılması faktiki olaraq Fransanın Qafqazdan çıxması deməkdir. Bunun ikinci bir alternativi yoxdur və Fransa bu cəbhədə uduzdu. Fransa Liviyada, Aralıq dənizində də Türkiyəyə uduzdu”.
Fransanın özünün qaranlıq keçmişi olduğunu, Əlcazairdə, Ruandada etdiyi qəddarlıqları xatırladan S.Qurbanov diqqətə çatdırıb ki, bunların hamısını nəzərə alırlar: “Bu məsələ qalxan ki, onların bütün bu tarixi sadalandı, göz önünə qoyuldu ki, bax, siz busunuz. Əslində, həm də onların bu məsələni qaldırmaqla erməniləri müdafiə etmələri mümkün olmayacaqdı. Ermənilərin elə gücü olsaydı, özü-özünü müdafiə edərdi. Fransa bir sözlə burada yaşayan erməniləri necə müdafiə edə bilər? Azərbaycan Ordusunun son anda yenə yazığı gəldi, müdriklik göstərdi, bəşəri dəyərlərə sədaqətini nümayiş etdirdi və müharibəni dayandırdı. Əslində, Xankəndinə girə və bütün erməniləri oradan qova da bilərdi. Çox xoş niyyətini ortalığa qoydu. Amma Fransanın bu qızışıdırcı hərəkətləri heç də o demək deyil ki, bu, ermənilərin xeyrinədir. Əksinə burada belə bir şey olarsa, bu, tamamilə Ermənistanın coğrafi məkan olaraq məhvinə gətirib çıxara bilər. Yəqin bunların hamısını hesabladılar. Ona görə də bu qərarı verdilər”.
8 senatorun öz imzasını geri götürduyunu nəzərə çatdıran S.Qurbanov söyləyib ki, onların çoxu heç Qarabağ, Ermənistan haradadır, yerini bilmirlər: “Sadəcə olaraq oradakı 500-600 min erməni seçkilərdə böyük rol oynayır. Onlar nə deyir, bunlar da onun təsiri altında olurlar. Sonradan anlayanda ki, bunun nəticələri nə ola bilər, onda addım atdılar. Fransa Xarici İşlər Nazirliyinin bu qərarı həm Azərbaycanın, həm də Türkiyənin uğurudur. Çünki Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransanın buradakı səfirini çağırdı, izah etdi. Eyni zamanda Türkiyədə bununla bağlı görüşlər keçirildi, müəyyən bəyanatlar verildi. Senat bu qərarı İslamofob, türkə qarşı nifrət zəminində qəbul etmişdi, lakin türkün gücünü gördükdən sonra geri çəkilməyə məcbur oldular”.
Şamo Emin
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi