Nida Təhlil
Bu yüklərin Azərbaycan vasitəsilə daşınması... - Deputat
“Burada iki məsələni nəzərə almalıyıq. Birincisi, bu yüklərin Azərbaycan vasitəsilə daşınması Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətdir. Protokola əsasən, yüklər buradan daşınır. Eyni zamanda biz bilirik ki, Rusiya Ermənistanla həmsərhəd deyil. Ona görə yüklərin buradan daşınması daha uyğundur. Əgər Ermənistandan daşınsa, bu, Laçın dəhlizi vasitəsilə getməlidir. Bu da həm vaxt itkisi, həm də əlavə vəsait tələb edir”.
Publika.az xəbər verir ki, bunu sülhməramlılar üçün nəzərdə tutulan yükün noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə, oradan isə Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılması ilə bağlı danışan deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, nəzərə almalıyıq ki, Rusiya münaqişə başlayan dövrdən neytrallığını qorudu, Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə ifadə etdi, Fransadan fərqli olaraq konkret mövqeyini ortaya qoydu: “Rusiya prezidenti dəfələrlə açıqlama verərək Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı ədalətli və qərəzsiz mövqeyini bildirdi”.
“Onu da nəzərə almalıyıq ki, Azərbaycan hər zaman Rusiya ilə əlaqələrin inkişafına önəm verib, bu münasibətləri qoruyub və birgə layihələr həyata keçirilib. Münaqişə tənzimlənəndən sonra da birgə layihələrin həyata keçirilməsi nəzərə tutulub. Bu baxımdan Rusiyanın Azərbaycan üçün xüsusi önəmi var. Azərbaycan hökuməti də hər zaman çalışır ki, bu istiqamətdə münasibətləri qorusun və əlaqələri daha da inkişaf etdirsin”, - deyə deputat əlavə edib.
Şamo Emin
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

