Nida Təhlil
Baş redaktor: “MİA-nın yaradılması zamanında atılmış addımdır”
“Mediada islahatlar labüd idi. Çünki bütün media strukturları böhran keçirirdi. Yəni, böhranlı vəziyyət yaranmışdı. İstər çap mediasında, istərsə də yeni mediada kifayət qədər problemlər var. Medianın kökündəki problemlər yaradıcılıq, marketinq, bazar məsələləridir. Bu sahədə medianın görməli olduğu işlər arxa planda idi”.
Bunu Publika.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi barədə fikirlərini bölüşərkən deyib. Baş redaktorun fikrincə, cəmiyyətin maraqlarının müdafiəsində, ümumiyyətlə, cəmiyyət-dövlət münasibətlərində medianın rolu, aparıcı qüvvə olması demək olar ki, o qədər də nəzərə çarpmırdı:
“Bu gün çap mediasına baxsaq, görərik ki, yeni çağırışlara, təzə qaydalara uyğun fəaliyyət prinsipləri seçilsə də, nəticə yoxdur. İctimai rəyə təsir imkanı kifayət qədər aşağıdır. Bu da çox ciddi problemlər doğurur. Həmin problemlər onunla bağlıdır ki, bütün media sektorunda reklam imkanları çox aşağıdır, məhduddur. Qəzetlərin yaradıcılıq məsələlərinə baxış dəyişilməlidir, dəyişilmir. Yaradıcılıq problemləri ilə bağlı görməli olduğumuz işlər var. Ümumi götürdükdə, mediada çox ciddi islahatların aparılmasına ehtiyac duyulur”.
Akif Aşırılı bildirib ki, Medianın İnkişafı Agentliyinin nizamnaməsinə baxsaq, burada diqqət çəkən məqamlardan biri kadr hazırlığı məsələsidir:
“Müxtəlifdilli media strukturlarının yaranması və informasiya savaşında iştirakın təmini ən başlıca şərt olaraq götürülür. Bu baxımdan mediada ciddi islahatlara ehtiyac var. Media bütövlükdə dəyişilməlidir. Yəni, mediaya baxış bütövlükdə dəyişilməlidir, problemlərə baxış məsələsində də dəyişilmələr olmalıdır. Burada ən əsas məsələ isə yaradıcılığa münasibətdir”.
Baş redaktorun sözlərinə görə, Medianın İnkişafı Agentliyinin yaradılması zamanında atılmış addımdır:
“Biz zaman-zaman bu məsələləri gündəmə gətirirdik. Həm də agentliyin əsas prinsiplərindən və görəcəyi işlərdən biri media qanunvericiliyinin dəyişdirilməsidir. “Kütləvi informasiya vasitələri haqqında” Qanun bir neçə dəfə dəyişikliyə məruz qalıb. KİV haqqında əlimizdə yekdil qanun yoxdur. Qanunların hər dəfə dəyişikliyə məruz qalmasının özü də bir problemdir. Yeni medianın hüquqi statusunun müəyyənləşməsində müəyyən problemlər var. Ciddi dəyişikliklərə ehtiyac duyulur. Çünki yeni media özü ilə yeni media anlayışları gətirir. Yeni yanaşmalar ortaya qoyulmalıdır və bu da qanunvericilikdə öz əksini tapmalıdır ki, yeni medianın hüquqi statusu nədən ibarətdir”.
Tural Turan
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı