Nida Təhlil
Yeni tərəfdaşlıq konfiqurasiyasında yerləri Azərbaycan təyin edir – Deputat
“Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir. Azərbaycan-İran münasibətləri ənənəvi olaraq regionda dostluq və əməkdaşlıq münasibətləri kimi qiymətləndirilib və qarşılıqlı maraqlara söykənən tərəfdaşlığa əsaslanıb. İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə səsləndirdiyi təbrik sözləri də bir daha bu dostluq və tərəfdaşlığın təzahürü kimi qiymətləndirilməlidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, İranın Xarici İşlər naziri Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı kimi dəyərləndirib:
“Beləliklə də əslində səfərinin məqsədlərini dilə gətirmiş oldu. Doğrudan da Məhəmməd Cavad Zərif yeni reallığı yeni başlanğıc kimi qiymətləndirməkdə haqlı idi. Çünki məhz yeni reallıq regionun iqtisadi-siyasi və mədəni-humanitar potensialının tam gerçəkləşdirilməsi üçün perspektivlər açır. Bütün bunlar isə ilk növbədə kommunikasiyaların bərpası və yeni nəqliyyat, enerji kommunikasiyalarının yaradılmasından keçir”.
H.Babaoğlu vurğulayıb ki, hazırda Azərbaycan bu istiqamətdə olduqca sürətli və strateji həmlələr edir: “Qısa müddətdə bunlar öz bəhrəsini verəcək və bu prosesdə regional inteqrasiyadan kənar qalmamaq üçün ölkəmizin həyata keçirdiyi layihə və tərəfdaşlıq platformalarına maraq getdikcə artır. Bu isə o deməkdir ki, yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir. Ona görə də İranın Xarici İşlər naziri məhz bu məsələdən danışarkən Azərbaycan Prezidentinin bildirdiyi 3+3 formatına istinad edərək digər ölkələrə də səfər edəcəyini, dolayısı ilə yeni formatda fəal iştirakçı olmaq niyyətini ifadə etdi”.
Deputatın sözlərinə görə, nazir özünəməxsus tərzdə yeni formatı yeni 5+1 platforması kimi təsvir etməklə İranı Azərbaycana daha yaxın gördüyünü diplomatik kombinasiya ilə bildirmiş oldu:
“Çünki 3+3 tərəfdaşlıq düsturu açılarkən politoloqlar adətən birinci üçlükdə Türkiyə-Azərbaycan- Gürcüstanı, ikinci üçlükdə isə Rusiya-İran-Ermənistanı təsvir edirdilər. Görünür, Zərifin çoxkombinasiyalı 5+1 (İran) formatı təsviri də həm İranın birinci üçlükdə müəyyənləşdirilməsinə passiv etirazı, həm də əslində digər 5 ölkə ilə eyni dərəcədə məsafədə olmasının işarəsi idi. Ancaq nəticə etibarilə söhbət yeni altıtərəfəli əməkdaşlıq platformasından getdiyi üçün bu platformanı necə kombinə etməyin o qədər də əhəmiyyəti qalmır”.
Hikmət Babaoğlunun qənaətincə, ona görə də daha praqmatik yanaşdıqda aydın olur ki, İran bu əməkdaşlıqda mühüm ölkələrdən biri ola bilər:
“Çünki hər şeydən öncə İran və Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması buna imkan verir. İkincisi, iki ölkə arasında bu tərəfdaşlığı daha da güclü edə biləcək bir sıra layihələr artıq əvvəlki reallıqlar çərçivəsində indiyədək öz əksini tapmaqla yeni reallıqlar üçün də yaxşı baza rolunu oynaya bilər. Məsələn, elə görüşdə adları çəkilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlər, 2021-ci ilin sonunadək bu yolun Azərbaycandan keçən hissəsinin inşasının başa çatdırılması imkanları kimi məsələlər buna əyani sübutdur”.
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)














.jpg)



.jpg)

