Nida Təhlil
Bu, axirət evinə qoyulmuş insanın ruhuna narahatlıq gətirir - İlahiyyatçı
“Zəruri səbəblər olmadığı halda cəsədin basdırıldığı yerdən çıxarılıb başqa bir yerə köçürülməsi doğru deyil”.
Bu sözləri Publika.az-a Bakının Xocasən qəsəbəsi ərazisində sənaye müəssisəsinin yaxınlığındakı məzarlıqda dəfn edilən 11 nəfər Vətən müharibəsi şəhidinin valideynlərinin qəbirlərin yerinin dəyişdirilməsi ilə bağlı keçirdikləri aksiyaya münasibət bildirən ilahiyyatçı Ağa Hacıbəyli deyib.
A.Hacıbəyli qeyd edib ki, yalnız zəruri zamanda və xüsusi hallarda belə bir şeyə icazə verilə bilər: “Artıq bir insan dəfn olunubsa, onu o məzardan çıxarıb başqa məkana aparmaq düzgün olmaz. Bu, zəruri hallarda ola bilər. Əgər şəxsin basdırıldığı yer uçqun altındadırsa, təbii fəlakətlə üz-üzədirsə, həmin ərazini sel basıbsa, vəhşi heyvanların gəlib orada məzarlığı yararsız hala salmaq ehtimalı varsa, o zaman qəbirin yeri dəyişdirilə bilər. Amma yenə də buna baxmayaraq, məzarın yerinin dəyişdirilməsi normal olaraq artıq axirət evinə qoyulmuş insanın ruhuna narahatlıq gətirir. Məsələnin incə tərəfi də məhz budur. Bildirilir ki, həmin yerdə də Şəhidlər xiyabanı olacaq. Bu da çox gözəl olar, çünki bu, şəhidlərimizin haqqıdır. Əslində həmin yerdə olmaları o şəhidlərimizin ən böyük haqqıdır”.
İlahiyyatçı əlavə edib ki, özəlliklə şəhidlərlə bağlı məsələlərdə İslama görə belə bir anlayış var ki, əgər bir ərazidə savaş varsa, o döyüşdə iştirak edib şəhid olanlar həmin döyüşün qəhrəmanları olduğuna görə o bölgədə də dəfn edilərlər: “Peyğəmbərimizin dövründə savaşçılardan şəhid olanların hamısı gətirilərək Mədinədə dəfn edilməyib. İslama görə şəhidlər o bölgənin qəhrəmanına, bir növ simğəsinə çevrilirlər. O şəhidlər döyüş aparılan bölgənin simvolunu ifadə edirlər. Yəni, onlar burada döyüşüb, qəhrəmanlıq göstərib və burada da şəhid olublar. Həmin yer onların adı ilə tanınır. Bizdə bugünədək bu anlayış olmayıb. Şəhidlərimiz həmişə valideynlərinə verilib və onlar tərəfindən də dəfn edilib. Ola bilsin ki, burada bəzi şeylər hərbi sirr olaraq qalmalıdır. Amma hər halda cəsədin basdırıldıqdan sonra yerinin dəyişdirilməsi doğru olmaz”.
Akqabay Mıradov
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO



























.png)









