Nida Təhlil
“Prezidentin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı” - RƏY
“Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu və aparıcı media qrumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, hər şeydən öncə bu, Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi:
“Ümumiyyətlə, keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı. İlk dəfə idi ki, bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qurumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki, bu media təmsilçilərinin də diqqətindən yayınmır onaların da yaxşı mənada təccübünə səbəb olurdu. Əslində bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi”.
Hikmət Babaoğlunun fikrincə, bu vaxta qədər heç bir siyasi lider yumşaq güc adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməmişdi:
“Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mərbuat konfransında eyni zamanda, bu vaxta qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirdi.Onalardan biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimiz qayıdış məsələsi idi. Azərbaycan Prezidenti Xocalıya da digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və onun hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu ardıcıllıqla mərhələli şəkildə həyata keçiriləcək”.
Deputat qeyd edib ki, başqa bir mühüm məsələ Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza və vəd etdiyi mühüm perespektivlərlə bağlı idi. Onun sözlərinə görə, bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza da Ermənistana da mühüm ismarıclar verdi:
“Bəlli oldu ki, azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün yeni həm də tarixi fürsət yaradıbdır. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bu bütövlükdə regional və qlobal əmıkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, əgər Ermənistan yenə də revanşist cəhdlər edərsə bu 90-cı illərdə olduğu kimi yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər və nəticədə bu ölkə öz səhflərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir cağşrşı idi. Bu çağırış ondan ibarət idi ki, əgər kimsə Ermənistanın olmayan ordusunu moderinizə etmək istəyirsə, bu, bu regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhəldə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir ki, Azərbaycanın məqsədi də elə budur”.
Tural Turan
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...