Nida Təhlil
Türk ölkələrinin vahid və çətin məqamlarda bir yerdə olduğunu bütün dünya gördü - ŞƏRH
“Azərbaycan hansı beynəlxalq təşkilata sədrlik edirsə, o təşkilatın fəaliyyətində aktivlik müşahidə olunur. Sədrlik edən Prezident İlham Əliyev öz liderliyini beynəlxalq təşkilatlarda da nümayiş etdirir və bu təşkilatlarda iştirak edən ölkələrin əməkdaşlığının möhkəmləndirilməsinə və qlobal çağırışlara uyğun problemlərin həllinə töhfə verir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin bu təşkilatlara sədrlik etdiyi dönəmdə qlobal pandemiya ilə əlaqədar dünya ölkələri arasında canlı təmaslara məhdudiyyətlər tətbiq olunub: “Amma Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya praktikasında ilk dəfə olaraq Zirvə görüşləri videoformata köçürüldü. Ölkəmiz sübut etdi ki, istək olanda missiyanın həyata keçirilməsinə heç nə mane ola bilməz. Ölkəmizin TDƏŞ-ə və Qoşulmama Hərəkatına sədrlik etdiyi dövr həmişəkindən həssas və məsuliyyətli olub. Çünki bütün dünya ölkələrini eyni məsələ, qlobal pandemiyaya qarşı mübarizənin aparılmasını və necə təşkili narahat edirdi. Bu mübarizəni qlobal əməkdaşlıq qurmadan effektli aparmaq mümkün deyildi. Azərbaycan burda da öz töhfəsini verdi və BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə nail oldu və dünyada koronavirusa qarşı mübarizədə ölkələrə bərabər yanaşmanın ortaya qoyulmasını, yoxsul ölkələrə yardımların edilməsini, vaksinlərin ədalətli, məqbul qiymətə və əlçatan şəkildə paylanmasının təşkilini göndəmə gətirdi”.
A.Badamov qeyd edib ki, nəhayət mart ayında məsələ ilə əlaqədar müvafiq qətnamə də qəbul olunub və bu, Azərbaycanın dünya gündəminə verdiyi vacib və əvəzolunmaz töhfəsidir: “Dünən TDƏŞ-nin növbəti Zirvə Görüşü keçirildi. Bu Zirvə görüşü ölkəmiz üçün həssas bir gündə, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə təsadüf olunması xüsusi əhəmiyyət daşıyır. Çünki bütün dünya ölkələri, o cümlədən bizi sevməyən dövlətlər də gördülər ki, türk dünyası vahiddir və çətin məqamlarda bir yerdədirlər. Görüşdə iştirak edən ölkələrin rəhbərlərinin hamısının çıxışlarında Azərbaycanı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmiz münasibətilə təbrik etməsi, ölkəmizin ərazi bütövlüyünün öz hərbi gücü ilə təmin edilməsi türk dünyası üçün qürurverici olduğu anlamına gəlir. Görüşdə üzv dövlətlər işğaldan azad olunmuş ərazilərimizin yenidənqurma və bərpa işlərində ölkəmizlə həmrəy olduqlarını bildirərək ölkəmizin ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəklədiklərini və bütün məsələlərin ölkəmizin ərazi bütövlüyü çərçivəsində beynəlxalq normalara uyğun həll olunmalı olduqlarını bildirdilər. Zirvə Görüşündə Özbəkistanın da bu təşkilata tam hüquqlu üzvü seçilməsi türk birliyini dünyada sarsılmaz edir”.
Millət vəkilinin sözlərinə görə, təşkilata üzv ölkələrin əməkdaşlığı nəzərdə tutulmuş sahələrin nazirləri arasında görüşlərin keçirilməsi iqtisadi əməkdaşlıq imkanlarını genişləndirib, iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunu və yerini artırıb: “Çünki Azərbaycanın yerləşdiyi coğrafiya türk dövlətlərini bir-birinə marşrutlar vasitəsilə birləşdirir. Məhz bunun göstəricisidir ki, qlobal pandemiya olmasına baxmayaraq, 2020-ci ildə Azərbaycanın üzərindən qeyri-neft sektoru üzrə avtomobil nəqliyyatı vasitəsilə daşımalar 2019-cu ilə nisbətən 52% artıb. Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, həmçinin Tük Şurasının Ticarət və Sənaye Palatasının Biznes Forumunun aprel ayında Bakıda keçirilməsinin nəzərdə tutulması keçirilən görüşlərin davamı olaraq üzv ölkələri arasında iqtisadi və humanitar əməkdaşlıqda yeni üfüqlər açacaq. Azərbaycanın TDƏŞ-ə sədlik etdiyi dönəm öz məhsuldarlığı və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmlənməsi baxımından verdiyimiz töhfələri ilə bu təşkilatın tarixinə dərin iz buraxıb”.
Akqabay Mıradov
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...