Nida Təhlil
Prezidentimiz Azərbaycanın inkişafının davamlı olması üçün böyük xidmətlər göstərir - ŞƏRH
“Prezident İlham Əliyev dünən Hacıqabul rayonuna səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir çox sosial obyektlərin və digər müəssisələrin açılışında iştirak edib. Açılışı olan müəssisələr ölkəmizin inkişafı baxımından olduqca əhəmiyyətlidir”.
Bunu Publika.az-a millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Prezidentin açılışında iştirak etdiyi Hacıqabul Sənaye Məhəlləsi sənayeləşmə və sənayenin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir: “Bu Sənaye Məhəlləsində 10 müəssisə fəaliyyət göstərəcək. Açılışı olan Hacıqabul Sənaye Məhəlləsi həm rayon sakinlərinin yeni iş yerləri ilə təmin olunması deməkdir, həm də Azərbaycan sənayesinin inkişafında yeni çeşidli sənaye məhsullarının istehsalına gətirib çıxaracaq”.
A.Badamov qeyd edib ki, açılışı olan “Aqro Dairy” MMC-də istehsal olunacaq kənd təsərrüfatı məhsulları ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayacaq: “Eyni zamanda bu müəssisə ölkəmizin buğda tədarükündə xüsusi rola sahib olacaq. Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izlədi. Bu, yaddaqalan hadisə idi. Dövlət başçısının uğurlu siyasəti nəticəsində bölgələrimizdə pambıqçılıq inkişaf etdirilir. Bütün bunlar onu göstərir ki, ölkə başçısı Azərbaycanın iqtisadi inkişafına töhfələr verir və bu inkişafın davamlı olması üçün öz böyük xidmətini göstərir.
Millət vəkili vurğulayıb ki, bütün bunlar Azərbaycanın regionlarının sürətlə inkişaf etdiyinin göstəricisidir: “Bu isə ümumi olaraq ölkəmizin inkişafı deməkdir. Baxmayaraq ki, 44 günlük müharibə aparmışıq, müharibədə qazandığımız qələbə işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasını gündəmə gətirib. Bu da əlavə büdcə xərcləri tələb edir. Bütün bunlara baxmayaraq, həm biz işğaldan azad olunan ərazilərimizi qururuq, bərpa edirik, həm də digər inzibati rayonlarımızda da quruculuq, abadlıq işlərini davam etdiririk. Ölkəmiz inkişaf edir və bu səfər çərçivəsində açılışları olan müəssisələr də ölkəmizin iqtisadi inkişafının göstəricisidir”.
Akqabay Mıradov
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


