Nida Təhlil
Soros ölkəmizi hədəfə almağa çalışır - Azər Badamov
Soros Fondunun Azərbaycana qarşı təxribatçı fəaliyyəti yeni mərhələyə qədəm qoyub. Bu dəfə adıçəkilən Fondun ələ aldıqları “siyasətçilər” AŞPA-da Azərbaycanın “topuğundan” yapışmağa çalışır. Soros maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə almağa cəhd göstərir.
Amma Ermənistana gələndə məsələ dəyişir. Bu ölkədə insan haqları pozulanda sorosçular ağızlarına su alıb otururlar. Səsləri çıxmır. Bu Fondun hakimiyyətə gətirdiyi Nikol Paşinyanın əməllərinə də lazım gələndə göz yuma bilirlər.
Deputat Azər Badamov Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycana Qərbin münasibəti həmişə ikili standartlar çərçivəsində olub:
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun müddət həll olunmaması məhz buna əsaslanmışdı. Azərbaycan hər zaman ədalətin tərəfdarı olub. Həmişə öz haqq səsini ucaldıb. Bu haqq səsi müvafiq qurumlar, müvafiq beynəlxalq təşkilatlar tərəfindən eşidilməyəndə öz gücü hesabına ərazi bütövlüyünü təmin etməyə başlayıb. Soros Fondu və digər təşkilatlar Ermənistana dəstək verirlər”.
Millət vəkili vurğulayıb ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan da hakimiyyətə Soros Fondunun dəstəyi ilə gəlib:
“Belə təzyiqlərin olacağı gözləniləndir. Amma ədalət həmişə qalib gəlir. Biz ədalətin tərəfdarıyıq. Öz sözümüzü deyirik. Kimin günahkar, kimin nahaq olduğunu açıq şəkildə ortaya qoya bilirik. Bizim üçün əsas məsələ ondan ibarətdir ki, biz öz mövqeyimizi müdafiə edək. Çünki ədalətə söykənmiş mövqe həmişə qalib gəlir”.
Tural Turan
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
















.jpg)
.jpg)



















