Nida Təhlil
Bu siyasət Amerika dəyərlərinə olan inamı sarsıdır - Deputat
"ABŞ Prezidenti Co Baydenin qondarma soyqırımını tanıması tarixi səhvdir və uzun illər NATO üzrə ən etibarlı müttəfiqi Türkiyəyə qarşı qərəzli yanaşmadır. Tarixi faktları saxtalaşdırmaqla aparılan siyasət Amerika dəyərlərinə olan inamı sarsıdır".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, müasir dünyada hər kəsə bəllidir ki, "erməni soyqırımı" ermənilərin uydurmasıdır: "Amerika Birləşmiş Ştatlarında isə əsl tarixi həqiqətləri əks etdirən kifayət qədər sənədlər mövcuddur. 1-ci Dünya müharibəsindən sonra Amerikanın o dövrdəki prezidenti Vudro Vilsonun tapşırığı ilə xüsusi komissiya Osmanlı dövlətində səfərdə olub və təhqiqat işləri aparıb. Ermənilərin soyqırımına məruz qalmaları barədə məlumatlar təsdiqini tapmayıb".
Millət vəkili vurğulayıb ki, sonralar 80-ci illərdə prezident Ronald Reyqanın vaxtında aparılan araşdırmalar da göstərib ki, əksinə, türklər soyqırımına məruz qalıblar: "Təsadüfi deyil ki, Reyqanın müşaviri "arxivlər açılsa, ermənilər biabır olacaqlar" bəyanatını verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə tarixçilərdən ibarət beynəlxalq ortaq komissiyanın yaradılması və arxivlərin açılması ilə bağlı təkliflərinə erməni tərəfi razılıq vermir. 100 il bundan əvvəl də ermənilər arxivlərin açılmasına razılıq verməmişdilər. Onlar və havadarları çox gözəl başa düşürlər ki, arxivlərin açılması onların Türkiyə əleyhinə apardıqları siyasətin iflası deməkdir".
N.Məhəməliyev bildirib ki, qlobal güclər bu saxta tarixdən Türkiyəyə təzyiq vasitəsi olaraq, inkişafının qarşısını almaq, daim təsir altında saxlamaq üçün istifadə edib: "Türkiyə son illərdə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə güclü inkişaf yolu keçib, güclü orduya, müdafiə sənayesi kompleksinə sahib beynəlxalq aktora çevrilib. Özünün və müttəfiqlərinin milli, strateji maraqlarını qorumaq iqtidarındadır. Potensialına və statusuna uyğun beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində aktiv iştirak etməklə ədalətli adekvat yanaşma tələb edir".
Deputatın fikrincə, ikili standartların, sivilizasiyalararası münasibətlərin gərginləşdiyi, beynəlxalq hüququn tənəzzülə uğradığı şəraitdə Türkiyə kimi haqqın, ədalətin yanında olan güclü dövlətə dünya birliyinin ehtiyacı var: "İmperialist qüvvələr isə belə bir gücü özləri üçün təhlükə olaraq görürlər. Maksimum səylərlə Türkiyənin qlobal gücə çevrilməsinin qarşısını almağa cəhd edirlər. Düşünürəm ki, ABŞ-ın saxta soyqırımını tanıması iki ölkə arasında dərin iz buraxacaq, iqtisadi, hərbi əməkdaşlığa təsir göstərəcək. Qondarma soyqırımının tanınması Türkiyəyə qarşı təzyiqlərin davamlı olacağını göstərir. Ermənilər bununla kifayətlənməyəcək və növbəti mərhələlərdə təzminat məsələləri ilə çıxış edəcəklər. Yəni qlobal güclər və dünya erməniliyi erməni xalqından öz geosiyasi məqsədləri üçün marionet rolunda istifadə etməkdə davam edəcəklər. Hesab edirəm ki, 44 günlük müharibədən sonra yaranmış geosiyasi reallıqlar erməni xalqı üçün tarixi şansdır. Özündə güc taparaq, xarici təsirlərdən, saxta illüziyalardan azad olmaq üçün bu şansdan yararlanmalıdırlar. Əks halda növbəti fəlakətlər qaçılmazdır".
Tural Turan
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi





























.jpg)
.jpg)




