Nida Təhlil
Əliyev Blinkenlə çox cəsur formada danışıb və deyib ki... - Politoloq DETALLARI AÇDI
“ABŞ Dövlət Departamentinin sədri Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi müəyyən mənada ABŞ-ın özünə bir növ bəraət qazanmaq cəhdlərini əks etdirir. Prezident İlham Əliyev Co Baydenin 100 il əvvəlki dövrdə baş vermiş hadisələrin soyqırımı adlandırmasını təəssüflə qarşıladığını bildirib və bunu ABŞ dövlət katibinə çatdırıb”.
Bu sözləri Publika.az-a politoloq Qabil Hüseynli deyib.
Q.Hüseynlinin sözlərinə görə, Amerika yaxşı bilir ki, Azərbaycan Qərb üçün nə deməkdir və hansı mühüm rolu oynayır: “Entoni Blinken Azərbaycanın Qərbin enerji və logistik təchizatında və logistik əlaqələrin təmin edilməsində rolunu yüksək qiymətləndirir. Həmçinin Azərbaycan əsgərlərinin Əfqanıstanda uzun illərdir apardığı xidməti də Azərbaycan Prezidentinin nəzərinə çatdırıb. Dövlət başçısı da qeyd edib ki, bu məsələ NATO səviyyəsində qaldırılanda ilk reaksiya verən və Əfqanıstana ilk qoşun hissələri göndərən Azərbaycan olub. Bütün bunlar onu göstərir ki, ABŞ Dövlət Departamentinin sədrinin Azərbaycan Prezidentinə telefon zəngi bir xeyli üzrxahlıq fonunda keçib. Belə görünür ki, ABŞ Co Baydenin yola verdiyi qüsurdan dünyada xeyli mənfi rezonans doğduğunu, xüsusilə bu rezonansın həm Türkiyədə, həm Azərbaycanda, həm də türkdilli respublikalarda, müsəlman dövlətlərində yaşandığını görüb və yaxşı başa düşüb. Bütün bunlar Amerikanın imicinə, dünyada oynadığı rola ciddi zərbə endirə bilər. Yaxud da ki, artıq endirib”.
Politoloq qeyd edib ki, Ronald Reyqan kimi nəhəng bir simanın araşdırıb ortaya çıxardığı “ermənilərə qarşı deyil, ermənilərin azərbaycanlılara, türklərə qarşı soyqırımı olub və gələcəkdə ermənilər buna görəm üzr istəməli olacaqlar”, fikrinə əhəmiyyət verməyən Baydenin belə bir ifadə səsləndirməsi sonradan onun komandasının üzvləri tərəfindən müəyyən izahatlarla yumşaldılmağa çalışılıb: “Yəni bu məsələ üçün məsuliyyəti müasir Türkiyə Respublikası deyil, Osmanlı İmperiyası daşıyır. Guya, bu məsələ sadəcə olaraq kimlərinsə üzərinə məsuliyyət yükləmək üçün deyil, anım kimi, həmin “hadisələrdə” ölənlərin xatirəsini yad etmək üçün söylənilibdir. Prezident İlham Əliyev Blinkenlə çox cəsur formada danışıb. Bildirib ki, sizin prezidentiniz tarixi səhvə yol verib və bu səhvi Azərbaycan xalqı, Azərbaycanın siyasi rəhbərliyi qəbul etmir. Bu, ABŞ-a verilən ən yaxşı cavablardan biridir. Türkiyə bizə qardaş ölkədir və bildirdi ki, biz Türkiyənin daim yanındayıq. Bu ifadə, “bunu nəzərə alın” mesajı idi”.
Politoloq ABŞ-ın zaman-zaman ermənilərin uydurduqları qondarma “soyqırıma” diqqət çəkmələrinə də münasibət bildirib: “Nəyə görə hər il ABŞ prezidentləri bu məsələləri şərh etməlidir ki?! 24 aprel günündə bu məsələyə bu və ya digər formada niyə münasibət bildirməlidirlər?! 5-6 milyonluq xalq dünyanın gözünün işığına nəyə görə çevrilib?! ABŞ prezidentləri də bu məsələlərə sadəlövhcəsinə münasibət bildirməyi özlərinin peşə borclarından biri hesab edirlər. Bu, biyabırçılıqdır. R.Reyqan aşkara çıxardı hər şeyi. Şərqi Anadoluda 700 min erməni yaşayırdı. Bu qədər ermənidən 1,5 milyon ermənini öldürmək olmaz. Bu, ağılsız insanların düşünüb ortaya atdıqları əsassız iddiadır. Bunu bütün tarixçilər sübut edib. Reyqanın müşavirinin başçılığı altında 250 nəfərdən ibarət tarixçilər qrupu üç ay Avropa ölkələrinin arxivlərini araşdırdıqdan sonra Reyqana arayış təqdim ediblər. Qeyd olunur ki, ermənilərə qarşı deyil, ermənilərin azərbaycanlılara qarşı soyqırımı mövcud olub. Orada 2 milyondan çox azərbaycanlı türkü, 200 mindən çox isə Osmanlı türkü öldürülüb. Ermənilərin həmin dövrdə türklərə vurduğu zərbənin miqyası ölçülməz dərəcədə böyükdür. Onların türklərə qarşı qətliamı ondan sonra da davam edib”.
Akqabay Mıradov
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?