Nida Təhlil
Prezident Naxçıvanda mühüm mesajlar verdi - RƏY
"Mayın 10-da ölkə Prezidenti cənab İlham Əliyev sayca 15-ci dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Prezidentin Naxçıvana mayın 10-da səfər etməsi həm də rəmzi xarakter daşıyır. Həmin gün ulu öndərin anadan olmasının 98-ci ildönümüdür. Cənab Prezident də qeyd etdi ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra məhz ulu öndərin doğulub boya-başa çatdığı Naxçıxana mütləq bu gün səfər etməli idim və bu da gerçəkləşdi. Səfər çərçivəsində bir sıra mühüm infrastrukturun və hərbi obyektlərin açılışı həyata keçirildi və görülən işlərlə ölkə başçısı yaxından tanış oldu, eyni zamanda cənab Prezident həm də Naxçıvanda olan Şəhidlər Xiyabanına getdi və hər bir şəhidin məzarını ziyarət etdi. Ulu öndərimizin ata və anasının, yəni cənab Prezidentimiz baba və nənəsinin məzarlarını ziyarət etdi. Bütüm bunlar mühüm məsələlər idi".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, dövlət başçısı Naxçıvanda şəhidlərimizin məzarlarını ziyarət etməklə xalqımıza mühüm mesaj verdi: “Bu, ondan ibarət idi ki, ən uca zirvəyə ucalan şəhidlərimizin xatirəsi hər zaman yaşamalı və biz onları daim onları yad etməliyik. Həmçinin, Vətən müharibəsindəki parlaq qələbəmizi məhz onların şücaətinə və qəhrəmanlıqlarına borcluyuq. Həm Naxçıvanın qorunmasında, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Vətən müharibəsində Naxçıvan Ordusunun xüsusi əməliyyatlar keçirməsi və parlaq qələbəmizə öz töhfələrini verməsi çox vacib məsələdir. Cənab Prezident də qeyd elədi ki, Naxçıvanda olan müasir silah-sursat bəlkə də dünyanın aparıcı ölkələrinin hərbi potensialında yoxdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Vətən müharibəsindəki qələbəmizdə öz xüsusi payı və töhfəsi var.
Naxçıvan ordusunun həm Muxtar Respublikanın, ümumilikdə isə ölkəmizin qorunmasında və təhlükəsizliyinin təmin olunmasında böyük rolu var. Heç şübhəsiz ki, dünən açılışı olan və Naçıvan üçün ən böyük tibb məntəqəsi olan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı, eyni zamanda Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı bir daha həm Naxçıvanda olan və cənab Prezidentin tapşırığı ilə qurulan Əlahiddə Ordunun gücünü və qüdrətini, ümumlikdə isə hərbçilərimizə olan böyük diqqət və qayğının təzahürü kimi qiymətləndirilir”.
C.Osmanov qeyd edib ki, bu hərbi obyektlər təkcə Naxçıvanın təhülkəsizliyinin deyil, bütöv Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Millət vəkili əlavə edib ki, cənab Prezident Naxçıvandan Ermənistana, o cümlədən onların havadarlarına ciddi mesajlar verdi: “Çünki hələ 2020-ci ilin noyabrın 10-da müharibə bitəndən və üçtərəfli Bəyanat imzalanandan sonra dövlət başçısı demişdi ki, bu münaqişə bağlandı və biz yeni səhifə açırıq. Dağlıq Qarabağ adlı bir ərazi vahidi yoxdur və ora Azərbaycanın tərkib hissəsidir. Bu, tarixən də belə olub və indi də Azərbaycan Ordusu öz ərazilərimizi işğaldan azda etmiş oldu. Cənab Prezident bu gün Ermənistanda revanşist ritorika ilə çıxış edənlər və bu düşüncə ilə yaşayanlar üçün, eyni zamanda onlara havadarlıq edənlər üçün də ciddi mesajlar verdi ki, biz bu səhifəni çevirmişik, artıq yeni səhifəyə başlamışıq, yeni mərhələyə qədəm qoymuşuq. Yeni mərhələ qarşılıqlı əlaqələr, yeni platformalar, “3+3” platforması, yeni nəqliyyat kommunikasiya xətlərinin açılmasından asılıdır. Ancaq Ermənistan trəfi görünür ki, hələ də belə sağlam düşüncə ilə bu məsələyə münasinət bildirə bilmir.
Digər tərəfdən də, Ermənistanın havadarlarına da ciddi mesaj verdi ki, onlar nə deyirlər desinlər, bu məsələni yenidən qabartmaqla və gündəmə gətirməklə hansısa bir irəliləyişə nail ola bilməyəcəklər. Ali Baş Komandan Kanadanın xaric işlər nazirinin, Fransa Senatının, Lüksemburq rəsmilərinin təxribat dolu bəyanatları və bu məsələnin bitmədiyinə istiqamətlənən bütün bəyanatlarının cavabını vermiş oldu və bildirdi ki, bu münaqişə tarixə qovuşub və Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.
C.Osmanov vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü təmin edib və Prezident bu münqaşinən sona çatdığını həm Ermənistana, həm də onların havadarlarına bir daha çatdırmış oldu: “Hansısa bir revanşist qüvvələr, onların havadarları Ermənistana yenidən nəfəs verməyə çalışarlarsa, ermənilər də revanşist düşüncələrə qapılıb səhv addımlar atacaqlarsa, dəmir yumruq yerindədir və layiqli cavabını verəcəyik. Fransanın, Kanadanın, Lüksemburqun rəsmi şəxslərinin və Ermənistanın digər havadarlarının təxribat xarakterli bəyanatları, çıxışları, qərar qəbul etmələri, o cümlədən Ermənistana səfər edərək ermənilərin revanşist düşüncələrlə qızışdırılması və bu mənada istiqamətləndirmələri yalnız və yalnız öz əleyhlərinə işləyəcək. İstənilən zaman Azərbaycan həm Ermənistanın, həm də onlara havadarlıq edən qüvvələrin cavabını verməyə hazırdır və buna da qadirik. Bunun üçün bizim güclü potensialımız, qüdrətli ordumuz və cənab Prezident kimi güclü, qətiyyətli siyasi iradəyə malik liderimiz var”.
Akqabay Mıradov
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA