Nida Təhlil
Qarabağdan bütün dünyaya mesaj verildi - Azərbaycanı güclü edən budur
Cənab Prezidentin ailə üzvləri ilə birlikdə həm Şuşada məsciddə, həm də Mehriban xanımla birgə Qəbələdə kilsədə Allaha dua etməsi milli-mənəvi dəyərlərimizə sıx bağlı olmalarının göstəricisidir. Orada dua etmək, dini ayinləri icra etmək ölkə rəhbərlərinin bütün dini dəyərlərə önəm verdiyinin nümayişidir. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dövlətini güclü edən məhz bu dəyərlərdir.
Bu sözləri Publika.az-a müsahibəsində Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.
Onunla müsahibəni təqdim edirik:
- Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Xarı bülbül” festivalı keçirildi. Siz özünüz də festivalı Şuşada canlı izləyirdiniz. “Xarı bülbül” festivalının möhtəşəmliyi, eyni zamanda əhəmiyyəti nədə idi? Tədbirdə hansı mesajlar verildi?
- Bu festivalın çox böyük əhəmiyyəti var idi. O mənada ki, 30 ildən sonra ilk dəfə “Xarı bülbül” festivalı keçirildi. Çünki Azərbaycan xalqı səbirsizliklə bu günü gözləyirdi. Nəhayət ki, həmin gün yetişdi. Şuşanın Azərbaycan tarixində özünəməxsus yeri var. Ümumiyyətlə, Şuşanın işğaldan azad olunması ermənilərdə böyük məyusluq yaratdı. Çünki onlar hesab edirdilər ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır. Bu baxımdan festivalda bir sıra mühüm mesajlar var idi. Əsas mesajlar ondan ibarət idi ki, Azərbaycan heç zaman ermənilərin yenidən baş qaldırmasına, təxribat törətməsinə imkan verməyəcək. Şuşa əbədi və əzəli Azərbaycan şəhəridir, ölkəmizin mədəniyyət paytaxtıdır. Digər bir mühüm məsələ isə, Şuşadan bütün dünyaya mesaj göndərildi ki, Azərbaycan tolerant və multikultural ölkədir. Ölkəmizdə bütün dinlərin, xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar və bu, hər zaman da belə olacaq. Azərbaycan Ermənistandan fərqli olaraq, gələcəyə baxmağı da bacaran bir ölkədir.
- Festivalda demək olar ki, ölkəmizdə yaşayan bütün dinlərin və xalqların nümayənləri çıxış etdilər.
- Bəli, “Xarı bülbül” festivalında Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin musiqi qrupları çıxışlar etdi. Burada ləzgi, avar, kürd, yəhudi və digər xalqların nümayəndələri özlərinə xas olan milli geyimlərində milli mahnılarını oxudular, rəqs etdilər. Bu da bir daha göstərdi ki, Azərbaycan tolerant və multikultural bir ölkədir. Ermənistandan fərqli olaraq ölkəmizdə bütün dinlərə, bütün xalqlara eyni münasibət bəslənilir, onlara eyni şəkildə yanaşılır, heç bir ayrı-seçkilik qoyulmur. Bu həm də dünyaya bir mesaj idi ki, Azərbaycan bəşəri və humanist dəyərlərə sadiq ölkədir, burada yaşayan bütün xalqlar özlərini Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edirlər.
- Tədbir həm də Ramazan bayramı ərəfəsində təşkil edildi. İstərdim, bu baxımdan festivalın əhəmiyyətindən danışasınız.
- Cənab Prezidentin festivaldakı çıxışında bir məqama diqqət çəkmək lazımdır. Prezident İlham Əliyev qeyd etdi ki, bizi güclü edən milli-mənəvi dəyərlərimiz, bu dəyərlərə olan bağlılığımızdır. Festivalın Ramazan bayramı ərəfəsində keçirilməsi, həmin vaxt orada Yuxarı Gövhərağa məscidinin bərpa olunması, digər yeni məscidin təməlinin qoyulması, bayram namazının qılınması göstərdi ki, Azərbaycan xalqı, Prezident İlham Əliyev və birini vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizə sıx bağlıdırlar. Bu festivalı keçirməkdə də əsas hədəf və başlıca məqsəd bu dəyərlərin yaşadılmasıdır. Yəni burada artıq biz həm festival keçirdik, həm Ramazan bayramını qeyd etdik, həm də Şuşanın mədəniyyət paytaxtı elan olunmasının şahidi olduq.
- Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə İslam irsi ermənilər tərəfindən dağıdılıb və bu irsin hazırda bərpası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan dövlətin atdığı addımları necə qiymətləndirirsiniz?
- Ermənilər işğal altında saxladığı bütün ərazilərimizdə, o cümlədən də Şuşada müsəlman və xristian abidələrini dağıdıb, saxtalaşdırıblar. Bəzilərində donuz, inək saxlayıblar. Ümumiyyətlə, onlar Qarabağda müsəlmanlığın, İslamın izini silməyə çalışıblar. Azərbaycan artıq Şuşadan başlayaraq digər ərzilərimizdə bu dəyərlərə sahib çıxır. Biz görürük ki, Şuşada Yuxarı Gövhərağa məscidi təmir olunur və burada yerləşən kilsə də dövlətin bilavasitə diqqət və qayğısı ilə əhatə olunub. Orada da müəyyən təmir və bərpa işləri həyata keçiriləcək. Bu, onu göstərir ki, Azərbaycan qısa müddətdə bu ərazilərdəki bütün tarixi-mədəni və dini abidələri bərpa edəcək. Bu, həm müsəlman abidələrinə, həm də qeyri-müsəlman abidələrinə aiddir. Bu dəyərlərin hər birinə bərabər, eyni münasibət göstərilir. Ermənistandan fərqli olaraq, biz bütün dinlərə eyni münasibət bəsləyirik və onlar arasında hansısa bir fərq qoymuruq. Bu da bizim dəyərlərimizə sıx bağlı olmağımızın göstəricisidir.
- Qədim Şuşada modern memarlıq nümunəsi oalacaq yeni məscidin də təməli qoyuldu.
- Bu məscidin də təməlinin qoyulması bir daha Azərbaycanın İslam dəyərlərinə, bizim milli-mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir. Azərbaycan həm də nümayiş etdirir ki, müsəlman ölkəsidir, demokratik, tolerant və multikultural dövlətdir, amma öz dəyərlərinə də bağlıdır. Dövlətimiz müəyyən mənada qədimiliklə müasirliyin sintezini yaradır və orada biz qədim məscid olan Yuxarı Gövhərağa məscidini bərpa edirik. Digər tərəfdə isə müasir, rəmzi xarakterə malik, yəni Şuşanın işğaldan azad olunduğu ay, eləcə də günü ifadə edən müasir məscidin də təməlini qoymuşuq və inşasını həyata keçirəcəyik.
- Biz multikultural dəyərlərə verilən önəmin davamını ötən gün Qəbələdə də gördük. Şuşada yeni məscid təməlinin qoyulması, Şuşa Gövhər Ağa məscidinin bərpası və bunun ardınca Prezident və Birinci vitse-prezident bərpa edilmiş Qəbələdə Müqəddəs Məryəm Ana Alban kilsəsində, Müqəddəs Yelisey adına Cotari kilsəsində oldular.
- Bu, onu göstərir ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dinlərə eyni, bərabər münasibəti bəsləyir. Biz Ermənistandan fərqli olaraq xristian abidələrinə ögey münasibət bəsləmirik. Azərbaycan dövləti müsəlman abidələrini qoruyub, dəyər verdiyi kimi, xristian abidələrinə qarşı da bu münasibəti sərgiləyir. Cənab Prezidentin ailə üzvləri ilə birlikdə həm Şuşada məsciddə, həm də Mehriban xanımla birgə Qəbələdə kilsədə Allaha dua etməsi milli-mənəvi dəyərlərimizə sıx bağlı olmalarının göstəricisidir. Orada dua etmək, dini ayinləri icra etmək ölkə rəhbərlərinin bütün dini dəyərlərə önəm verdiyinin nümayişidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dövlətini güclü edən məhz bu dəyərlərdir.
Akqabay Mıradov
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA