Dövlətin qazi və şəhid ailələrinə dəstəyi: proses davam edir
Bizi izləyin

Nida Təhlil

Dövlətin qazi və şəhid ailələrinə dəstəyi: proses davam edir

Vətən müharibəsində 30 illik işğala son qoyuldu. Bu Zəfərin müəllifləri bütün Azərbaycan xalqı və xalqımızın qəhrəman oğullarıdır. Minlərlə şəhid verdik, minlərlə qazimiz var. Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, qazilərin daim yanında olacaq.

Bu gün Azərbaycan dövləti şəhid ailələri və qazilərə hərtərəfli dəstək olur.

YAŞAT Fondunun təsis edilməsi və qısa zamanda gördüyü işlər bunun bariz nümunəsidir.

Müharibədən 7 ay müddətində Fond tibb xərcləri üçün 3 milyondan çox pul xərclənib: bu vəsait 872 şəhid ailəsi və 413 qazimizin sağlamlığına sərf olunub. Bu günə qədər 94 ağır yaralı qazi Türkiyəyə yola salınıb, 32-si geri qayıdıb, hazırda Türkiyədə 62 yaralı qazinin müalicəsi davam edir. Bu həftə daha 5 qazi Türkiyəyə yola salınacaq.

Qazilərimizin sağlamlığı ilə yanaşı, məşğulluğu məsələləri də dövlət tərəfindən həll edilir.

Postkonfilikt şəhid ailəsi üzvləri, qazi və yaxınları olan 6 mindən çox şəxsin məşğulluq məsələsi həllini tapıb. Onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq proqramı çərçivəsində bu istiqamətdə işlər davam etdirilir.

Qazilərimizin məşğulluğunun təmin edilməsi ilə bağlı nümunələr kifayət qədərdir. Bu addımlar təkcə qazilərimizin işlə təmin edilməsi yox, həm də sahibkarlıq fəaliyyətinin dəstəklənməsini əhatə edir.

Misal üçün, müharibə əlili olan Camal Alxasov avtoyuma, Pərvin Rzayev isə dönər istehsalı üzrə kiçik biznes fəaliyyətlərini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin olunublar.

Hər iki qazi bildirir ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyinin əməkdaşları onlara zəng edib və hansı sahə üzrə çalışmaq istədiklərini soruşub. Daha sonra hər birinin istəyi yerinə yetirilib.

Qazi Sahil Həsənli də ƏƏSMN yanında Dövlət Reabilitasiya Agentliyində operator vəzifəsinə təyin olunub. Əlillik dərəcəsi alan qazi S.Həsənli eyni zamanda sosial müavinət də alır.

Şəhid İsrafil İbrahimovun və Qüdrət Adişovun ailə üzvlərinin də özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisələri yaradılıb.

Dövlət ƏƏSMN xətti ilə qazilərin sosial müdafiəsinin təşkili, ev və avtomobillə təmin edilməsi, müalicə edilməsi və digər məsələləri operatov şəkildə həll edir.

Bütün bunlarla yanaşı, şəhid ailələri və qazilər aylıq təqaüdlə təmin olunur. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla şəhid ailələrinin təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin 400, 2-ci qrup müharibə əlillərinin 350, 3-cü qrup müharibə əlillərinin isə 300 manata qədər artırılıb. Milli Qəhrəmanların təqaüdü isə 1 min 800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib.

Azərbaycan 44 günlük müharibədə böyük Zəfər qazandı və dövlət bu Zəfərdə payı olan heç kimi – şəhid ailələrini, qaziləri unutmur, kiçik, yaxud böyük olmasından asılı olmayaraq, onların problemlərinin həlli ilə bağlı təxirəsalınmaz addımlar atılır. Müharibədən ötən 7 ay ərzində görülən işlər bunun bariz nümunəsidir, eyni iş bundan sonra da davam edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm