Nida Təhlil
“Bayraktar”lar Rusiya ətrafında strateji balansı dəyişdi - ABŞ nəşri
Qardaş Türkiyənin istehsal etdiyi və Azərbaycan ordusunun da silahlanmasında yer alan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsinin gedişatını dəyişdirməsi hələ də dünya mediasında müzakirə mövzusu olaraq qalmaqdadır.
Bu dəfə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzetində “Bayraktar”ların regionda geosiyasi tarazlığı necə dəyişdirməsi barədə yazıb. “Ucuz başa gələn Türkiyə döyüş PUA-ları münaqişə bölgələrini və geosiyasəti yenidən formalaşdırır”,-məqalədə vurğulanır.

Nəşr yazır ki, dünya miqyasında kiçik ordular tam təchizatlı düşmənlərinə qarşı daha ucuz başa gələn hücum vasitələrinə malik olmağa çalışır. “Ötən il regional münaqişələrdə uğurlu olduğu sübut edilən bu yeni müharibə taktikası Türkiyə və Rusiyanın ətrafındakı strateji balansı dəyişdirdi”,-qəzet bildirir.
Məqalədə daha sonra deyilir ki, Türkiyənin istehsal etdiyi, maya dəyəri elə də yüksək olmayan, rəqəmsal texnologiyaya əsaslanan yeni müharibə aləti Rusiyanın Suriya, Liviya və Azərbaycanda himayə etdiyi müharibələrdə tankları, digər zirehli maşınları və hava hücumundan müdafiə sistemlərini dəmir yığınına çevirdi. “Bu döyüş PUA-ları ən azından, yüksək texnologiyaya əsaslanan və bahalı olan müharibə alətləri qədər effektlidir, amma daha ucuz başa gələn gələcəyə işarə edir”,-müəlliflər Ceyms Marson və Brett Forrest yazırlar.

Nəşr qeyd edir ki, təkbaşına və ya qrup şəklində uça bilən bu dronlar olduqca bahalı döyüş təyyarələrinin funksiyalarını yerinə yetirə bilirlər. “Onlar 24 saat havada qalaraq hava hücumundan müdafiə sistemlərindəki zəif nöqtləri aşkara çıxarır, həm döyüş təyyarələrinin onları hədəf almasına yardım edir, həm özləri raket atır”,-məqalədə deyilir.
Bildirilir ki, indiyədək ABŞ və İsrail döyüş PUA-ları sahəsində lider idilər. Lakin texnologiyanın inkişafı və rəqabət bahalı olmayan alternativlər ortaya çıxardı. Döyüş PUA-larının ən son standartı ötən il Türkiyədə meydana gəldi və onun adı “Bayraktar TB2”-DİR. ABŞ-ın MQ-9 “Reaper” döyüş PUA-sı ilə müqayisədə “Bayraktar TB2” daha yüngül silahlanıb, amma lazerlə yönləndirilən raketləri sayəsində hədəfə dəqiq zərbələr endirir.
![]()
Məqalədə deyilir ki, bu döyüş PUA-larının uğuru Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çoxlu sayda əsgərini və bahalı hərbi avadanlıqlarını riskə atmadan regional təsirlərini artırmaqda yardım edib.
Nəşr “Bayraktar”ların ötən ilki Qarabağ müharibəsində də döyüşlərin gedişatını dəyişdirdiyini yazır. Bildirir ki, Türkiyə döyüş PUA-larının Ermənistan ordusunun hədəflərini vurduğuna dair görüntülər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müharibənin gedişi zamanı hər gün yayılırdı. “Azərbaycan və Ermənistan təxminən 6 həftə döyüşdükdən sonra hər iki hökumətə yaxın olan Kreml noyabr ayında hərbi əməliyyatların dayandırılması üçün vasitəçilik etdi. Azərbaycan işğal edilmiş torpaqlarının çoxunu geri aldı”,-qəzet yazır. (virtualaz.org)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)






.jpg)





















.jpg)
.jpg)
