Nida Təhlil
Vəkil Abdullayevin ölümü ətrafında baş verənlər heyrət doğurur – Politoloq
“Rusiyada soydaşımız Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması, ümumiyyətlə bu məsələ ilə bağlı baş verənlər heyrət doğurur”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, yaxın məsafədən güllə ilə vurulub öldürülən azərbaycanlının ciddi bir qüsuru da olmayıb: “Sadəcə yol hərəkət qaydasını pozub. Bu qayda pozuntusuna görə adam öldürülmür. Polis üzbəüz duraraq düz onun alnından vuraraq öldürüb. Belə hərəkəti edənlər bir qayda olaraq xüsusi təyinatlı qoşun növlərində çalışmış şəxslərdir. Belələrinə qarşısındakı şəxsi zərərsizləşdirərkən düz alnının ortasından vurmağı öyrədirlər ki, ölüm hadisəsi tez baş versin.
Ona görə də onu alnından vurub və qətli çox böyük soyuqqanlılıqla gerçəkləşdirib. Üstəlik, bu hadisədən sonra Rusiyada hansısa dairələrin göstərişi ilə qatil polisin müdafiəsinə dair xüsusi qruplar yaradıldı. Həmin polisin azadlığa çıxarılması ilə bağlı şüarlar səsləndirildi. Doğrudan da bu, çox təəccüblüdür. Ciddi günahı olmayan bir şəxsi öldürmüş qatil polisin hüquqlarının bu cür müdafiə edilməsi, onun azadlığa buraxılması onu göstərir ki, çox çirkin oyunlar oynanılır. Onun məhkəməsi də cəmi 20 dəqiqə vaxt aparıb. Bu müddətdə qatil polisə 1 ay 24 gün həbs cəzası verilib”.
Qabil Hüseynli vurğulayıb ki, Gürcüstan vətəndaşı Vəkil Abdullayevin qətlinə Tiflisin susması da təəccüblü deyil: “Çünki Gürcüstan azərbaycanlılara öz vətəndaşı kimi baxmır. Gürcüstan bu ölkədəki azərbaycanlıların hamısının qovulub çıxarılmasına ürəkdən razı olardı. Etiket onu tələb edir ki, yalandan, qeyri-səmimi də olsa, hay-küy qaldıra bilərdilər”.
Tural Turan
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi


















.jpg)


















