Nida Təhlil
Fulya Öztürkə çəkilən film: Əslində məqsəd nədir?
Jurnalist Fulya Öztürk haqqında filmin çəkilməsi jurnalist xanımın həyat yolu, fəaliyyətinin işıqlandırılması yox, Ermənistanın müharibə cinayətlərinin təqdim edilməsi məqsədi daşıyır. Fulya Öztürkün yerində başqa jurnalist – Türkiyədən, yaxud başqa ölkədən olmasının fərqi yoxdur – olsaydı da doğru olan belə bir filmin çəkilməsi idi.
Adətən yaxşı romanlar, yaxud filmlərdə sujet xətti bir qəhrəmanın obrazı fonunda qurulur.
Fulya Öztürk haqqında çəkiləcək filmin sujet xəttini bilmirik, amma doğru olan müharibə cinayətlərinin onun obrazı fonunda çatdırılmasıdır.
Bunun ən yaxşı nümunəsi litvalı rejissor Andreas Brokasın Xocalı soyqırımı haqda lentə aldığı “Endless Corridor” (Sonuncu dəhliz) sənədli filmidir. Film I Qarabağ müharibəsində hərbi repartyor kimi Azərbaycana gələn litvalı jurnalist Riçard Lapaitisin Xocalıda gördüklərindən bəhs edir və soyqırımı ilə bağlı ən yaxşı filmlərdəndir, bəlkə də ən yaxşısıdır...
Ermənistanın mina cinayətlərini göstərməyin də ən yaxşı yolu Kəlbəcərdə şəhid olan jurnalist həmkarlarımız – Məhərrəm və Sirac haqqında filmin çəkilməsi, onların obrazı fonunda reallığın göstərilməsidir.
Tamaşaçı üçün insan taleyi maraqlıdır, “Endless Corridor”da bunu Riçard Lapaitisin yaşadıqları ilə etdik, şəhərlərimizə atılan bombaları Fulya Öztürkün yaşadıqlarında, mina müharibəsini Məhərrəmin, Siracın taleyində göstərə bilərik.
Asif Nərimanlı
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək


























.jpg)













