Nida Təhlil
Azərbaycan xalqı Silahlı Qüvvələri ilə fəxr edir - Deputat
“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 103 il ötür. Əsası Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş Azərbaycan Silahlı Qüvvələri 1920-ci ildə bolşevik işğalından sonra ləğv olundu və ali komandir heyətinin əksəriyyəti Nargin adasında güllələndi. SSRİ dönəmində bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanın da öz ordusu ola bilməzdi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, Rusiya imperiyası zamanı azərbaycanlı gənclər hərbi xidmətə çağırılmırdılar:
“Çar Rusiyasından fərqli olaraq sovet dövründə gənclərimiz hərbi qulluğa çağırılsa da, aparılan məqsədyönlü siyasətə uyğun olaraq əsasən təsərrüfat xarakterli tikinti batalyonlarında xidmət keçirdilər. Lakin Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əliyev 1970-ci illərdə siyasi konyukturanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail oldu. Müstəqillik illərində işğalçı Ermənistana qarşı mübarizə aparan Silahlı Qüvvələrimizin kadr potensialının formalaşmasında məhz həmin liseyin məzunları əhəmiyyətli rol oynayıb”.
Deputatın fikrincə, Azərbaycan Silahlı Qüvvələri müstəqillik illərinin ən böyük nailiyyətidir:
“Şərəfli haldır ki, milli ordumuz dünyanın 50 ən güclü orduları sırasında yer alır. Vətən müharibəsində ermənilərin 30 il qurub yaratdıqları müdafiə istehkamlarını cəmi 44 gün ərzində darmadağın etməklə Silahlı Qüvvələrimiz döyüş meydanlarında nəyə qadir olduğunu bütün dünyaya göstərmiş oldu. Azərbaycan xalqı öz Silahlı Qüvvələri ilə fəxr edir, ona inanır. 90-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanda yaranmış hərc-mərclikdən, hakimiyyət davasından istifadə edən erməni qəsbkarları havadarlarının dəstəyi ilə Qarabağ torpaqlarının işğalına nail oldular”.
Nəsib Məhəməliyev vurğulayıb ki, münaqişəni nizamlamalı olan beynəlxalq təşkilatlar, böyük dövlətlər 30 il ərzində heç bir iş görmədilər:
“Azərbaycan xalqı 30 il dözdü, ordusunu inkişaf etdirdi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbə vurmaqla təkbaşına tarixi ədaləti bərpa etdi. Qarabağ və ətraf rayonlar işğaldan azad olundu. 30 ildən sonra ilk dəfə hər birimiz üçün əziz olan ümumxalq bayramını - Silahlı Qüvvələr Gününü qələbə əhval-ruhiyyəsi, qürur hissi ilə qeyd etməyə hazırlaşırıq. 30 il səbrlə gözlədik və sınmış qürurumuz bərpa olundu”.
Millət vəkilinin sözlərinə görə, Zəfər yolunun uğurlu rüşeymləri barədə danışarkən ilk növbədə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun dövlət quruculuğuna, o cümlədən milli ordu quruculuğuna xüsusi önəm verməsi yada düşür:
“Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən davam etdirildi və ən müasir silahlarla təchiz olunmuş güclü ordumuz öz tarixi missiyasını yerinə yetirdi. Detallarını danışmaq üçün saatlarla vaxt lazımdır. Güclü iqtisadiyyatın yaradılmasından tutmuş, ordu quruculuğu, ictimai-siyasi sabitlik, milli birliyin formalaşdırılması, geosiyasi reallıqların düzgün tənzimlənməsinə qədər bir çox komponentləri qeyd etmək olar. Ən əsası isə, beynəlxalq münasibətlər sistemini bilən, güclü siyasi iradəyə malik, xalqın etibar etdiyi və arxasınca apara bilən güclü liderin olmasıdır. 200 il ərzində itirdiklərimizi 44 gündə qaytarmaqla dünyanı heyrətləndirməyi bacaran İlham Əliyevin əldə etdiyi nəticələr Zəfər yolunun uğurlarıdır”.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO