Nida Təhlil
Ermənistan biabırçı vəziyyətdən belə çıxa bilər - Ekspert
Azərbaycan hər zaman bölgədə sülhün bərqərar olmasını istəyib. Prezident İlham Əliyev çıxışında da qeyd etdi ki, Ermənistan indiyə qədər nələr edib. Bir dövlət ki, emblemində Türkiyə ərazisində olan Ağrı dağını öz torpağı kimi qələmə verir, Türkiyə kimi böyük bir dövlətə ərazi iddiası irəli sürmək xəstə düşüncədir. Ermənistanda hər ailə müharibədən əziyyət çəkib.
Bunu Publika.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
Ekspert qeyd edib ki, Ermənistan bütün parametrlərinə görə Azərbaycandan geri qalır: "Ermənistan bilir ki, Azərbaycan ondan qat-qat güclüdür. İkinci Dünya müharibəsi zamanında Almaniyada hakimiyyətə gəlmək istəyən qüvvələr Avropanı işğal edəcəklərini və SSRİ-yə hücum edəcəklərini deyirdilər. İndi isə həmin hadisə Ermənistanda baş verir. Ermənistan bütün xüsusiyyətlərinə görə Azərbaycandan geri qalır. Bir çıxış yolları var ki, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanısın, təzminat verməyi qəbul etsin. Ermənistan Azərbaycan xalqından üzr istəməli və xalqımızın qanına əli batmış сinayətkarları bizə təhvil verməlidir. Nə qədər inkar etsələr də, nəqliyyat yolları açılacaq. Əgər vaxtında Azərbaycanın dediyi ilə razılaşsaydılar, bu cür biabırçı vəziyyətə düşməzdilər".
E.Həsənli vurğulayıb ki, 2003-cü ildən bu vaxta qədər Prezident İlham Əliyev nə dedisə, öz əksini tapdı: "Prezident çox haqlı olaraq qeyd etdi ki, biz Xocalını, torpaqlarımızın işğalını, məzarlıqlarımızın dağıdılmasını unutmuruq. Biz İkinci Qarabağ müharibəsində şəhidlərimizin qisasını aldıq. Ermənistanın Azərbaycanın humanist münasibətlərini qəbul etməməsi, işğalçı fikirlərini davam etdirməsi onların məhv olmasına gətirib çıxaracaq. Ermənistanın yüz illik xəstəliyinin dərmanı Azərbaycan əsgərinin qılıncı oldu. Sanki bədəndə xəstə bir orqan var idi, əməliyyatla onu götürdü".
Rahib Ələsgərli
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

