Nida Təhlil
Bu, Azərbaycanın ekologiyasına ziyan vurur - Deputat
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oxçuçayın çirkləndirilməsi ilə bağlı beynəlxalq şirkətləri Azərbaycana dəvət edib. Həmin şirkətlər gəlib nəzərdən keçirdikdən sonra gördülər ki, suyun tərkibində zərərli maddələr çoxdur. Oxçuçayın tərkibində olan dəmir və nikelin faizinin normadan çox olduğu bəlli olub.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib. O qeyd edib ki, Ermənistan dövləti bu cür əməllərinə görə beynəlxalq qurumlar qarşısında cavab verəcək: “Ermənistanda yerləşən mis zavodunun səhm sahiblərindən biri də Almaniya şirkətidir. Həmin bu zavod qeyri-qanuni şəkildə Oxçuçaya zərərli maddələr axıdıb. Demək olar ki, həmin ərazi ölü zonaya çevrilib. Bununla bağlı müxtəlif qurumlar xəbərdar edilib. Dövlət səviyyəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu mövzu ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi. Bu hadisənin qarşısının alınması üçün xəbərdarlıq məktubları göndərilib. Bu əməllərinə görə Ermənistan hakimiyyəti və həmin şirkətdə səhm sahibi olan şirkətlər beynəlxalq qurumlar qarşısında cavab verməlidir. Ermənistan yaxşı bilir ki, bu cür zərərli maddələri çaya axıtmaq olmaz. Biz çalışacağıq ki, bu əməli törədən Ermənistan dövləti və həmin şirkətin səhm sahibləri beynəlxalq hüquq qarşısında cavab versin. Oxçuçay Araz çayının bir qolu olub, Zəngəzur ərazisindən keçərək Kür çayına qovuşur. Bu çirkləndirilmiş su əkin sahələrinin suvarılmasında istifadə olunur. Yəni bu hadisə birbaşa Azərbaycanın ekologiyasına ziyan vurur”.
Rahib Ələsgərli
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...

















.jpg)


















.jpg)


