Nida Təhlil
Putin Azərbaycanın Cənubi Qafqazda rolunu bilir və buna görə də... - Deputat
Prezident İlham Əliyev və Vladimir Putin arasında olan səmimi söhbətdə Rusiyanın Azərbaycanla əməkdaşlığa necə önəm verdiyinin şahidi olduq.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Cənubi Qafqazda rolunu bilir və müharibədən sonra bölgədə sülhün yaranmasına verdiyi töhfələri görür: "Putin çıxışında da qeyd etdi ki, pandemiya müddətində bütün ölkələr kimi Azərbaycanın iqtisadiyyatında da müəyyən azalmalar oldu, ancaq bu ildən Rusiya ilə Azərbaycan arasında olan əməkdaşlıq daha da genişlənəcək və hər iki ölkənin iqtisadiyyatına təkan verəcək. 44 günlük Vətən müharibəsindən sonra bölgədə sülhün bərpa olunmasında Azərbaycanın və xüsusən İlham Əliyevin böyük rolu olduğunu qeyd etdi. Prezident İlham Əliyev öz çıxışında Azərbaycana vaksinlərin göndərilməsi ilə bağlı Vladimir Putinə öz təşəkkürünü bildirdi. Çünki dünyada "vaksin milliyətçiliyi" ilə mübarizə gedir. Dünyada istehsal edilən vaksinlərin böyük bir hissəsini inkişaf etmiş ölkələr mənimsəyib. Ölkə başçısı həmçinin, Vətən müharibəsindən sonra bölgədə davamlı sülhün təmin olunmasının vacibliyini bildirdi".
M.İbrahimqızı vurğulayıb ki, Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə mehriban, səmimi qonşuluq münasibəti yaratmaqdır: "Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini və bu dəhlizdən ən çox Ermənistanın yararlanacağını dəfələrlə qeyd edib. Bu dəhlizin açılması ilə Ermənistan həm blokadadan çıxacaq, həm də iqtisadi böhrandan yaxasını qutaracaq. Ermənistanın tək çıxış yolu qonşuları ilə normal münasibət yaratmaqdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, onlar qonşu dövlətlərlə sülh içində yaşamalıdır. Rusiya ilə Ermənistan arasında xüsusi əməkdaşlıq var və onlara təsir edə biləcək yeganə ölkə Rusiyadır. Humanitar sahələrdə də əməkdaşlığın genişləndiriləcəyi ilə bağlı fikirlər səsləndi. Azərbaycanda rus dilində təhsil almış gənclər gələcəkdə iki ölkə arasında körpü yaradacaq. Bəzi sahələrdə əldə olunmuş razılıqlar gələcəkdə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətinə təkan verəcək".
Rahib Ələsgərli
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


