Nida Təhlil
Sülh müqaviləsi bu vaxt imzalana bilər – Deputat
Erməni mediasının tirajladığı xəbərə görə, baş nazir Nikol Paşinyan yaxın vaxtlarda böyük sülh müqaviləsi imzalamağa hazırlaşır. Amma görünən odur ki, İrəvanın heç də belə bir niyyəti yoxdur. Çünki Azərbaycan-Ermənistan cəbhəsində baş verən erməni təxribatları bu cür düşünməyimizə əsas verir.
Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycanın böyük sülh müqaviləsinə hazır olduğunu bəyan edib. Azərbaycanın şərtləri sadədir. Ermənistan Azərbaycana olan ərazi iddialarından əl çəkməli və qonşusunun sərhədlərini tanımalıdır.
Ermənistanın mövcud təxribatları fonunda böyük sülh müqaviləsinin yaxın zamanlarda imzalanması o dərəcədə real görünmür.
Bəs bunun üçün Azərbaycan hansı addımları atmalıdır və ya əbədi sülh müqaviləsi hansı zaman kəsiyində imzalana bilər?
Milli Məclisin deputatı Anar İsgəndərov Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan böyük sülh müqaviləsinin imzalanması üçün konkret işlər görür:
“2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat sülh müqaviləsi deyil. Bu o deməkdir ki, məlum sənəddəki maddələr müstəvisində Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsi imzalanmalıdır. Amma müqavilənin nə zaman imzalanması ilə bağlı konkret tarix həmin bəyanatda yoxdur. Təbii ki, 44 günlük müharibədə qalib gəlmiş Azərbaycan sülh müqaviləsini arzulayır və bu istiqamətdə işlərini aparır. Ermənistan və onun havadarları nəyin bahasına olursa-olsun Qarabağın statusu məsələsini ortalığa atmağa cəhdlər göstərirlər. Sərhəd xətləri məsələsini süni şəkildə gündəmə gətirməyə çalışırlar”.
Deputatın fikrincə, son zamanlar Ermənistanın Azərbaycana qarşı təxribatlarına fərqli don geyindirməyə çalışırlar:
“Guya Azərbaycan Ermənistanın sərhədlərini pozub və bu istiqamətdə yalançı təbliğat maşınlarını işə salıblar. Təbii ki, Azərbaycan tərəfi bunu əvvəldən bilirdi. Dövlət başçısı 44 günlük Vətən müharibəsi dövründə heç bir təhdidə, hücumlara məhəl qoymayaraq müharibənin qələbə ilə başa çatmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail oldu. Biz də bir tərəf olaraq tezliklə sülh müqaviləsinin imzalanmasını istəyirik. Sülh müqaviləsi əmin-amanlıq deməkdir. Sülh - iki xalq arasında, eyni zamanda bölgə dövlətlərinin maraqlarını təmin edən qarant deməkdir. Bu istiqamətdə Azərbaycanın işləri göz qabağındadır. Əgər Ermənistan da gələcəkdə bu istiqamətdə olan məsələlərə hə deyəcəksə, bu müqavilə imzalana bilər”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





