Nida Təhlil
Məlahət İbrahimqızı: Heç bir toxunulmazlıq qanunları pozmağa haqq qazandırmır
"Azərbaycan hüquqi dövlətdir. Bizim konstitusiyamız var. Konstitusiyamızda hüququn aliliyi prinsipləri mövcuddur. Bu ölkədə hər kəs üçün hüquq alidir. Heç kəsin hüququn aliliyi qarşısında toxunulmazlığı yoxdur. Qanunun aliliyinə riayət edilməsi ilə bağlı kiminsə kimdənsə üstünlüyü yoxdur. Millət vəkili, qanunverici hakimiyyətin təmsilçisi isə hüququn aliliyinə müqəddəs bir prinsip, dəyər kimi hörmət etməlidir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı deputat həmkarı Eldəniz Səlimovun Xaçmaz rayonunda polisi döyməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Millət vəkilinin fikrincə, sözsüz ki, bu məsələ araşdırılacaq: "Son sözü hüquq-mühafizə orqanları deyəcək. Bəzən deyirlər ki, deputatların toxunulmazlıq statusu var. Amma belə deyil, hüququn aliliyi qarşısında hər kəs bərabərdir. Qanun pozulubsa, qaydalar pozulubsa, heç kəsin toxunulmazlıq hüququ ola bilməz. Hesab edirəm ki, heç bir toxunulmazlıq qanunları pozmağa, tapdamağa haqq qazandırmır. Əksinə, ziyalılar, millət vəkilləri başqalarına nümunə olmalıdırlar".
Məlahət İbrahimqızının sözlərinə görə, məlum hadisə ilə bağlı məsələni mətbuatdan oxuyub:
"Həqiqətən də çox üzücü bir hadisədir. Hədsiz dərəcədə üzücü bir olaydır. Milli Məclisin deputatına, millət vəkilinə, seçilmiş bir insana, ziyalıya yaraşmayan bir hərəkətdir. Xəbəri ilk dəfə mətbuatdan oxuyanda hələ Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirməmişdi. O zaman içimdən keçdi ki, kaş bu məsələ öz təsdiqini tapmayaydı. Çünki bir millət vəkilinin qanunvericiliyi tapdaması, ona zidd əməllər törətməsi, ictimai qaydaları pozması Milli Məclisin fəaliyyətin, bəzən bütün millət vəkillərinin fəaliyyətinə kölgə sala bilir. Bu mənada həmin hadisə ilə bağlı ilk dəfə məlumatı oxuyanda düşündüm ki, kaş bu hadisə öz təsdiqini tapmayaydı. Amma təssüf ki, Daxili İşlər Nazirliyi tərəfindən təsdiqləndi. Məlumatlar prokurorluğa da göndərildi. Milli Məclisin bir deputatının da adının belə bir olayda - könül bulandıran, qanun pozuntuları ilə müşahidə olunan hadisələrdə hallanması çox üzücüdür. Mən də çox üzüldüm, çox sıxıldım".
Tural Turan
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






