Nida Təhlil
Ermənistan tərəfi qırmızı xətti keçsə... - POLİTOLOQ
“Ermənistan məğlubiyyəti hələ də həzm edə bilmir və çalışır ki, özlərinə sərf edən bir görüntü yaratsın. Buna görə də kənar qüvvələrin onlara dəstək verməsi nəticəsində təxribat törədirlər”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abassov deyib.
O, qeyd edib ki, Ermənistan nə etsə də Azərbaycanın yaratdığı gerçəkliyi dəyişdirə bilməyəcək: “Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ermənistan ordusunu yenidən quracaqlarını vurğulamışdı. Görünür, ermənilər öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Onlar nə qədər ordularını müasirləşdirsələr də Azərbaycanın yaratdığı statusu dəyişdirə bilməyəcəklər. Rusiya daxilində bəzi qüvvələr Ermənistanı Azərbaycanla yeni bir münaqişə yaratmaq üçün təhrik edir. Əgər yeni bir münaqişə yaransa, bu, Ermənistanın sonu olacaq. Ona görə də onlar üçtərəfli razılaşmanın bəndlərinə riayət etməlidirlər. Onlar qonşularıyla normal yaşamaq istəyirsə, sülh müqaviləsini imzalamalıdır”.
T.Abassov vurğulayıb ki, Ermənistanda yenidən revanşist qüvvələr baş qaldırarsa, Azərbaycan Ordusu onların başlarını yenidən əzəcək: “Onlar hələ də öz xəyal dünyalarında yaşıyırlar. Ermənilər göstərmək istəyirlər ki, guya müharibədən sonra onlar özlərinə gəliblər. Ermənistan tərəfi olmayan güclərini bizə göstərmək istəyir. Ancaq bilmirlər ki, güclü olan tərəf təmkinli olan dövlətdir. Ermənilər gah sərhəddə təxribatlar törədirlər, gah da dünyaya saxta xəbərlər çatdıraraq guya Azərbaycanın Zəngəzura daxil olduğunu deyirlər. Ermənistan tərəfi qırmızı xətti keçsə, Azərbaycan Ordusu onlara çox ağır cavab verəcək. Biz axırıncı dəfə onlara xəbərdarlıq etmişik. Prezident İlham Əliyev Kəlbəcərdə çıxış edərkən bu məsələlərə toxunub və öz fikirlərini qeyd edib”.
Rahib Ələsgərov
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır






































