Nida Təhlil
Prezidentin ən yaxın silahdaşı, incə qəlbli xanımın mücəssəməsi
Bu gün Azərbaycanın birinci xanımı, eyni zamanda ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. 57 yaşını qeyd edən Mehriban xanım Əliyeva təkcə Azərbaycanın ictimi-siyasi həyatında deyil, dünyada bir sıra sosial, mədəni layihələrə imza atıb. Heydər Əliyev Fondunun rəhbəri kimi Şərqdən Qərbə, Cənubdan Şimala bir çox layihələrdə məhz onun imzası var.
Millət vəkili Jalə Əliyeva Publika.az-a müsahibəsində birinci xanım Mehriban Əliyevanın ictimai, siyasi, mədəni fəalliyyətlərindən, 18 il və ondan daha artıq bir dövrdə gördüyü işlərdən danışıb.
Millət vəkili Jalə Əliyevanın müsahibəsini təqdim edirik:
- Jalə xanım, 44 günlük müharibədən əvvəl, elə müharibə günlərində, ondan sonra Mehriban xanım Əliyevanın xoşməramlı missiyası haqqında fikirlərinizi almaq istərdik...
- Əlbəttə, Mehriban xanım Əliyevanın bütün dəyərli keyfiyyətləri, həyata keçirdiyi müqəddəs missiyalarla birlikdə eyni zamanda, ölkə rəhbəri, Ali Baş Komandan, xilaskar Prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı, ən yaxın dostu, ən yaxın arxadaşı olmasını da xüsusi olaraq vurğulamalıyıq. Bu baxımdan, Mehriban xanım istər 32 illik haqlı mübarizəmiz dövründə, istər 44 günlük şanlı müharibə və zəfər günlərində ölkə Prezidentinin həyata keçirdiyi dönməz iradə, qətiyyətli mübarizə əzmi, bütün dünyaya nümayiş etdirdiyi dəmir yumruq, dəmir bilək siyasətinin yanında olub. Ölkə Prezidenti ilə bərabər hər zaman şəhid ailələrimizin, qazilərimizin yanında olublar, onların hər bir problemi ilə maraqlanıblar. 44 gün ərzində ard-arda əldə etdiyimiz qələbələrin sevincini həm ölkə rəhbəri, həm də xalqımızla birlikdə yaşaması Mehriban xanımın bütün uğurlu missiyasının ətrafına daha müsbət, daha gözəl çalarlı keyfiyyətlər əlavə edir. Biz həmin günlərdə Mehriban xanımın timsalında Azərbaycan xalqının hər bir nümayəndəsinin, xüsusilə döyüşə qatılan əsgərimizin, ordumuzun yanında olan bir ana, bir bacı gördük. Ürəyi mərhəmətlə dolu olan, ürəyi əsgərlərimizin yanında olan, yaralılarımızla görüşən zaman göz yaşlarını tuta bilməyən incə qəlbli xanımın mücəssəməsinin bir daha şahidi olurduq. Bu, o zaman baş verirdi ki, Ermənistan rəhbərinin xanımı bütün dünyaya faşist çağırışları həyata keçirirdi. Bütün dünyaya bəyan edirdi ki, Ermənistanda qadın batalyonları toplayaraq döyüşə qatılacaqlar. Hətta Ermənistan rəhbərinin xanımı uşaqların belə orduya cəlb edilməsinə rəvac verirdi. Təbii ki, Ermənistan rəhbərinin xanımı ilə müqayisə aparmaq istəmirəm. Əsla! Bunlar müqayisəyə gəlməsi mümkün olmayan aspektlər, amillər, tərəflərdir. Amma hər halda fakt da öz faktlığında qalır; iki ölkənin liderinin xanımının əsla və əsla müqayisə olunmayacaq fərqli mövqeləridir. Bir tərəfdə insanlıq, humanizm, xeyrixahlıq, mərhəmət, xalqının, dövlətinin, millətinin, ordusunun, həyat yoldaşının yanında olmaq missiyası, digər tərəfdə isə faşist ideologiyasına xidmət edən, bölücülük siyasəti həyata keçirən, hətta öz mənafeyi naminə qadınların, uşaqların qüvvəsindən belə istifadə etməkdən utanmayan, çəkinməyən və bütün çağırışlarında bölücülük siyasəti, heç vaxt onlara aid olmayanı özlərininki etmək kimi -əvvəlcədən ifadəmə görə üzr istəyirəm - həyəsızcasına çağırışlar... Düşünürəm ki, hər iki mövqeyi biz deməsək də, biz yazmasaq da dünya ictimaiyyəti görür, bilir. Hətta qiymətini də verib və düşünürəm ki, bundan sonra da verəcək.
- Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti də müqayisəolunmazdır...
- Bəli. Mehriban xanımın YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti də illərdən bəri göz önündədir. Heydər Əliyev Fondunun rəhbəri olaraq onun təkcə Azərbaycanda deyil, bütün dünyada həyata keçirdiyi layihələr var. Onun rəhbərliyi ilə mədəni, sosial, təhsil, səhiyyə sahələrdə uğurla gerçəkləşən layihələrin hər biri ona YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri titulunu qazandırır. Təsadüfü deyil ki, Mehriban xanım illər əvvəl “Qızıl ürək” mükafatına layiq görülüb. Mehriban xanım bir əhəmiyyətli beynəlxalq mükafatların laureatıdır. Əlbəttə, bunlar boşuna baş vermir. Bütün bunların arxasında böyük bir zəhmət dayanır. Bunların arxasında xalqı, milləti, dövləti üçün çalışmaq missiyası durur. Bütün bu işlərin hər birini bu günə qədər Mehriban xanım ləyaqətlə, şərəflə yerinə yetirib. Bir daha deyirəm, təkcə Azərbaycanda deyil, bütün dünyada yardıma ehtiyacı olan üçüncü dünya ölkələrində, inkişaf etməkdə olan ölkələrdə, problemlərlə, aclıqla qarşılaşan dövlətlərdə, hətta Avropanın göbəyində - Vatikanda həyata keçirdikləri layihələr... Bir çox dinlərə, konfensiyalara aid olan icmaların, birliklərin yenidən canlandırılması, onlara aid olan müəsissələrin təmir olunması – burada kilsələrdən söhbət gedir – eləcə də Paris Noterdam Kilsəsinin yanğından sonra təmirini qeyd etmək istərdim. Eyni zamanda, burada Eyfel qülləsinin təmirini xatırlatmaq yerinə düşər. Əlbəttə, bütün bunlar dünyəviliyin, müasirliyin, eyni zamanda, öz köklərinə əsaslanaraq dünyaya uğurlu xitab etmənin nümunəsi olaraq qiymətləndirilməlidir.
- Mehriban xanımın insani keyfiyyətləri haqqında fikirlərinizi almaq istərdik...
- Bu gün qaranlıq dünyamıza, insanlığa nur saçmaq, çıraq tutmaq, mayak olmaq üçün gələn, bu missiya üçün doğulan insanlardan, şəxsiyyətlərdən biri də Birinci vitse-prezidentimiz, ölkənin Birinci ledisi, xanımlar xamımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, deputatlıq səlahiyyətlərinə hələ 4 il yarım öncə xitam verilsə də, millətinin ƏBƏDİ vəkili olan Mehriban xanım Əliyevadır. O Mehriban xanım ki, tanınmış ziyalı ailəsindən, ziyalılar nəslindəndir. O Mehriban xanım ki, böyük siyasət məktəbinin təmsilçisi, Əliyevlər ocağının nümayəndəsidir. O Mehriban xanım ki, həm gözəl övlad, həm gözəl gəlin, həm gözəl həyat yoldaşı, həm gözəl ana, həm gözəl dost-sirdaş, həm də gözəl vətəndaşdır, əsl Azərbaycanlıdır. O Mehriban xanım ki, sosial-humanitar layihələri ilə Azərbaycan sərhədlərini aşan, dünyanın rəhm, mərhəmət, şəfqət simvoluna çevrilən, darda olanların dadına çatan, köməyə ehtiyac duyanların köməyinə yetən, ürəyindən hər kəsə pay verən, ürəklərdə taxt ucaldandır. O Mehriban xanım ki, üzərinə, çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyan, ona etibar, etimad edilən istənilən vəzifəni axıracan və layiqincə yerinə yetirən, etimadı, güvəni doğruldan, boşa çıxarmayandır. Necə ki, 4 il yarım öncə Birinci vitse-prezidentlik kimi çox çətin, çox məsul bir vəzifə ona etimad edilərkən Mehriban xanım çəkinmədən, tərəddüd etmədən çiyinlərini bu ağır missiyanın, yükün altına verdi və ötən dövr ərzində də öz titanik fəaliyyəti ilə bir daha ona olan güvəni, etimadı birə on doğrultdu. Bir daha ona etimad göstərənin, Müzəffər və Qalib Sərkərdənin, ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın, ən sadiq, ən güvənli silahdaşı, sirdaşı, yol yoldaşı, arxadaşı oldu.
- Həm də mədəniyyət və idman sahəsində də uğurlu missiyalara imza atan Birinci Vitse-prezidentdən danışırıq...
- Bəli, Mehriban xanım olan, onun əlini qoyduğu hər bir yerdə uğur, nailiyyət, müvəffəqiyyət, başarı var. Bunun əksi mümkün deyil. O, həm Azərbaycan mədəniyyətinin himayədarıdır, həm Azərbaycan idmanının - Azərbaycan idmançılarının dostu, himayəçisidir. Son illər Azərbaycan mədəniyyətinin intibah dövrünü yaşaması, Azərbaycan muğamının dünyanı fəth etməsi və yaxud Azərbaycan idmançılarının dünya arenalarında üçrəngli Azərbaycan bayrağını şəstlə, qürurla dalğalandırması, Azərbaycanın dünyanın idman ölkələrindən birinə çevrilməsi deyilənlərin əyani sübutu və təsdiqidir.
- Mehriban Əliyevanı həm də əsl diplomat, əsl siyasət bilicisi, Azərbaycan həqiqətlərinin əsl carçısıdır...
- Bəli. Məhz onun və rəhbəri olduğu Heydər Əliyev Fondunun Azərbaycan, Qarabağ, Xocalı həqiqətlərinin dünyaya olduğu kimi, doğru-düzgün çatdırılması istiqamətində gördüyü işlər, uzun illər dərdlərimizə, faciələrimizə susqun münasibət göstərənlərin, laqeyd qalanların artıq acı gerçəklikləri qəbul etməsi, Xocalı qətliamının bir çox parlamentlərdə soyqırımı aktı kimi tanınması, ona hüquqi-siyasi qiymət verməsi təkzibi, görməzdən gəlinməsi mümkün olmayan faktlardır.Bəli, son illər, xüsusilə də son iki ildə çox məsuliyyətli, çox həssas anlar yaşamış və yaşamaqdayıq. Koronavirus adlı “gizli düşmən” və erməni adlı açıq düşmənlə mübarizədə çox böyük yol və məsafə qət etmişik. Açıq düşməni nəhayət 32 ildən sonra “Dəmir Yumruq”la məhv etmiş, tarixi Qələbə və Zəfər qazanmışıq. “Gizli düşmən”lə də mübarizədə örnək, nümunə olmuşuq, dünyanın aparıcı, söz sahibliyinə iddialı ölkələrinin qarşısında belə əlacsız, girinc qaldığı koronavirus bəlası ilə mücadilədə Azərbaycan modeli yaratmışıq, bir çox nüfuzlu beynəlxalq qurumlara, 30-dan artıq ölkəyə maddi-mənəvi yardım etmişik. Bu işlərdə, bu nailiyyətlərdə, bu Qələbə və Zəfərdə də Mehriban xanımın əməyi, rolu, fəaliyyəti müstəsnadır, danılmazdır. Bəli, cəmi bir-iki gündən sonra bu böyük insanın, bu böyük qəlb sahibinin növbəti doğum günüdür. Növbəti doğum-əlamətdar gün münasibəti ilə Mehriban xanımı ürəkdən təbrik edir, bütün gözəlliklər Sizin olsun deyirik. O, dünyanın bütün gözəlliklərinə layiqdir. Bütün gözəllikləri Haqq edir. Qoy elə bütün gözəlliklər də Onun olsun! Doğum gününüz bir daha mübarək, əzizimiz, dəyərlimiz Mehriban xanım!
Tural Turan
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar