Nida Təhlil
Ordumuz Ballıqaya qətliamının da qisasını alıb - Məlahət İbrahimqızı
“Sabah Ballıqaya soyqırımından 29 il ötəcək. Azərbaycan xalqı üçün bu hadisə çox böyük bir faciədir. Biz heç vaxt bu faciəni yaddan çıxarmamalıyıq”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, biz heç vaxt ermənilərin törətdiyi cinayətləri unutmayacağıq: “Ermilərin türk və müsəlmanlara qarşı böyük bir nifrəti var. Prezident İlham Əliyev də qeyd etmişdi ki, bu, onlarda bir xəstəlikdir. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ermənilərin cavabını layiqincə verib. Bütün bu soyqırımı və cinayətlərin intiqamı əsgərlərimiz tərəfindən döyüş meydanında alınıb. Dünyada ən ağır faşizm fikirləri elə məhz Ermənistan dövlətindədir. Ermənilər tarix boyu türklərə qarşı düşmənçilik bəsləyib və onlara qarşı soyqırımılar törədiblər. Onlar bu cür cinayətləri törədərək Azərbaycan xalqının iradəsini qırmaq istəyirdilər. Biz bundan sonra heç vaxt imkan verməməliyik ki, erməni faşizmi yenidən baş qaldırsın. Xocalı və Ballıqaya soyqırımını törədənlər eyni faşizm fikrində olan cinayətkarlardır”.
M.İbrahimqızı vurğulayıb ki, Azərbaycan ermənilərə heç vaxt güzəşt etməməlidir: “Prezident İlham Əliyev çıxışlarında bildirmişdir ki, erməni cinayətkarları bir daha baş qaldırarsa, onların başını əzəcəyik. Onlara güzəşt etsək, yenidən bizə xəyanət edəcəklər. Çünki ermənilər tarix boyu bizə qarşı nifrət bəsləyiblər. Onlar bizim ərazilərimizdə yaşayıb, vətəndaşlarımıza qarşı vəhşiliklər törədiblər. Ermənilər tarix boyu işğalçı fikirlərdə olub, türk xalqına qarşı soyqırımı həyata keçiriblər. Beynəlxalq təşkilatlar isə bu soyqırımı hadisələrini görməkdən imtina edir. Ermənilər törətdikləri vəhşiliklərə görə beynəxalq məhkəmə qarşısında cavab verməlidirlər. İnsanlarımız türk və müsəlman olduğu üçün ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib. Biz bu hadisələrdə qətlə yetirilmiş vətəndaşlarımızı heç vaxt unutmayacağıq”.
Rahib Ələsgərov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


