Nida Təhlil
"Bu, soydaşlarımızın doğma yurdlarına qayıdışını yaxınlaşdırır" - Deputat
Prezident İlham Əliyev ötən gün Hadruta, Xocavənd rayonuna səfər etdi. yeni məscidin təməlini qoydu. Hadrut qəsəbəsində yenidənqurma işlərilə tanış oldu. Rayon ictimaiyyətilə görüşdü. Görülmüş və görüləcək işlərdən, Hadrutun baş planından danışdı. Daha sonra Tuğ kəndinə getdi və kəndi elə rayon ictimaiyyəti ilə birgə gəzdi. Ermənilərin xarabalığa çevirdiyi evləri bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, bir sıra mesajlar verdi.
Millət vəkili Nəsib Məhəməliyev Publika.az-a açıqlamasında söyləyib ki, işğaldan azad edildiyi gün Prezident İlham Əliyevin bu torpaqların səfəri böyük əhəmiyyət kəsb edir:
"Səfər Hadrut qəsəbəsinin azad olunmasının ildönümü ilə üst-üstə düşdüyündən ölkə Başçımız Vətən müharibəsinin ən mürəkkəb və şərəfli səhifələrindən Hadrut əməliyyatının həyata keçirilməsi, erməni hərbi-siyasi maşının apardığı saxta təbliğat, yalanlar barədə ətraflı məlumat verdi.
Hadrut qəsəbəsi, keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinin tərkibində idi. Ermənilər hər il müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarını dəvət etməklə, məşhur, füsunkar Tüğ kəndində şərab festivalları keçirirdilər. Mürəkkəb coğrafi relyefinə, təbii gözəlliyinə və turistik potensialına görə, ermənilər bütün imkanlarını səfərbər edərək, müdafiə olunurdular. Ancaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman Azərbaycan Ordusu ən çətin döyüş tapşırıqlarını yerinə yetirməklə, düşmənin belini qırdı. Xatırlayıram, müharibənin qızğın vaxtlarında erməni təbliğatçıları Hadrutun onların əlində olması haqqında müxtəlif yalanlar uydururdular. Azərbaycan bayrağının azad olunmuş Hadrutda ucaldılması isə, erməni təbliğatının ifşa olunması demək idi. Ümumiyyətlə, cənab Prezidentin Qarabağa etdiyi hər bir səfərin tarixi, iqtisadi, sosial, mədəni, mənəvi əhəmiyyəti olduqca böyükdür. Hər yeni səfər soydaşlarımızın doğma yurdlarına qayıdışını yaxınlaşdırır. İcra olunan infrastruktur layihələri, qlobal tkintilər, bərpa olunan tarixi abidələr isə, Azərbaycan dövlətinin gücünün göstəricisidir".
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)






.jpg)





















.jpg)
.jpg)
