Nida Təhlil
Azərbaycan Seyid Ocaqlarının bəyanatının İrana mühüm təsiri olacaq - DEPUTAT
Xəbər verdiyimiz kimi, Azərbaycan Seyid Ocaqları İranın son hərəkətləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda İslam dünyasında özünü Əhli-Beyt himayəçisi kimi göstərən İranın həqiqi Əhli-Beyt yurdu olan Azərbaycana deyil, vaxtı ilə işğal altındakı tarixi torpaqlarımızda mövcud olan məscidlərimizdə donuz bəsləyən və xalqın and yeri sayılan seyidlərin ziyarətgahlarını təhqir edən təcavüzkar Ermənistana 30 il ərzində dəstək verməsi Allahın hökmlərinə zidd əməl olduğu qeyd olunub. Bildirilir ki, İranın Allah evlərini təhqir etmiş Ermənistana bu cür münasibəti həm də Azərbaycandakı Peyğəmbər (s) və Əhli-Beyt sevərlərinə qarşı təhqir və hörmətsizlikdir.
Publika.az-a danışan millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun sözlərinə görə, bütün hallarda bu kimi bəyanatlar mütləq verilməlidir və İranla bağlı son proseslərdə təsirini göstərəcək: “Bu, elə bir məsələdir ki, hazırda baş verənlər Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə yönəlmiş təhdid və ittihamlardır. Buna görə də həm qeyri-hökumət təşkilatları, həm də dövlət qurumları, ilahiyyatçılar, din xadimləri, alimlər, ümumilikdə hamı bu məsələdə öz vətəndaşlıq mövqeyini mütləq nümayiş etdirməlidir. Biz göstərməliyik ki, Azərbaycan cəmiyyəti bu kimi ittihamları qəbul etmir və birmənalı olaraq hiddətlə qınayır. Hesab edirəm ki, ölkədə İranın bu davranışına görə böyük bir etiraz və narazılıq var. Bu isə İranın mövqeyinə təsir göstərəcək. Bu ölkə uzun illər burada özü üçün müəyyən ardıcıllar yetişdirib, müxtəlif insanları təsir dairəsində saxlayıb. Düşünürdülər ki, bu vasitə ilə öz məqsədlərinə nail ola biləcəklər. Həmçinin müəyyən mənada hakimiyyət üçün təzyiq təşkil edə biləcəklərini sanırdılar. Ancaq bu, yolverilməzdir. Buna görə də Qarabağ Seyid Ocaqlarının yaydığı bəyanat, bunun kimi digər bəyanatlar da bu gün mütləq lazımdır və son proseslərə öz töhfəsini verəcək”.
Deputat qeyd edib ki, İran nə beynəlxalq hüquq normalarına, nə də qonşuluq münasibətlərinə əməl edir: “Bu ölkə çox hörmətsizcəsinə ard-arda Azərbaycana qarşı əsassız formada müəyyən bəyanatlar verir. Bizim konkret mövqeyimiz var və bu da ondan ibarətdir ki, dəlil varsa, həmin dəlili təqdim etsinlər. Dəlil təqdim olunmur, ancaq Azərbaycan ittiham olunur, guya ölkəmizdə İran əleyhinə şəbəkə var. İranın bu etdikləri normal qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa ziddir, qəbuledilməzdir. İran rəsmiləri açıqlamalarında, verdikləri bəyanatlarda bu prinsipləri gözləməlidirlər. Azərbaycan müstəqil, güclü dövlətdir. Bu gün Azərbaycan öz prinsipial mövqeyini qoruyur və yenə də qorumağa davam edəcək. İran da bunu nəzərə almalıdır. Bilməlidirlər ki, bu cür əsassız bəyanatlarla heç nəyə nail ola bilməyəcəklər. Onlar iki ölkə arasında olan münasibətlərə yalnız xələl gətirəcəklər. Bu prosesdə uduzan da İran tərəfi olacaq. Çünki Azərbaycan tərəfi öz mövqeyində haqlıdır. Biz istərdik ki, İran bu kimi məsələləri nəzərə alsın və həyata keçirdiyi siyasətdə diqqətli olsun. Bu kimi məsuliyyətsiz və qarşı tərəfə hörmətsiz yanaşmanı özündə əks etdirən bəyanatlara son qoysunlar”.
Akqabay Mıradov
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”