Nida Təhlil
SSRİ ölkələri: 30 il keçdi – əhalisi azalanlar kimlərdir?
SSRİ-nin dağılmasından 30 il keçir, bu illər ərzində ən maraqlı məsələlərdən biri demoqrafiq dəyişikliklərdir. 1991-ci ilin əhali sayına nisbətən keçmiş SSRİ respublikalarının demokrafik vəziyyəti belə dəyişib.
Əhalisi artan ölkələr: 1) Tacikistan - 67,13%, 2) Türkmənistan – 51,46%, 3) Özbəkistan – 49,87%, 4) Azərbaycan – 35,85%, 5) Qırğızıstan – 32,91%, 6) Qazaxstan – 12,65%.
Əhalisi azalan ölkələr: 1) Rusiya – 0,59%, 2) Belarus – 6,44%, 3) Gürcüstan – 8,82%, 4) Ermənistan – 12,6%, 5) Ukrayna – 12,6%, 6) Estonya – 17,76%, 7) Moldova – 20,78% , 8) Litva – 23,96%, 9) Latviya – 27,75%.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu statistikanı iqtisadçı ekspert Natiq Cəfərli təqdim edib.
Ekspert qeyd edib ki, əhalisi artan ölkələr ancaq müsəlman resbuplikalarıdır, azalma olan ölkələrdə səbəblər isə müxtəlifdir və daha maraqlıdır:
“Rusiyada əhalinin daha az azalmasının səbəbi elə keçmiş SSRİ respublikalarıdır – onlardan gələn miqrantlar hesabına təbii azalma kompensasiya edilir. Baltikyanı ölkələrin əhalisi isə AB üzvlüyünün verdiyi üstünlüyə görə Şimali Avropa ölkələrinə və Britaniyaya üz tutdular, Moldova vətəndaşları Rumıniyaya daha çox köçdülər, ukraynalılar isə AB ilə sazişdən, vizasız gediş-gəlişdən sonra Şərqi Avropa ölkələrinə köç etdilər”.
N.Cəfərli Gürcüstan və Ermənistanda təbii artımın azalmasını “ciddi məsələ” adlandırıb:
“Ermənistan əhalisi son 30 ildə 13%-ə yaxın azalıb. Doğrudur, burada köç məsələsi də önəmli rol oynayır, amma reallıq bir qədər fərqlidir. Ermənistanda rəsmi rəqəmlərə görə 2,9 mln. insan yaşayır, real rəqəmlərlə isə əhali 2,2 mln. civarındadır.
19-cu əsrin sonunda bizim coğrafiyada (indiki Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan əraziləri) ermənilərin sayının 5,2 mln. nəfər olduğu bəzi tarixi mənbəələrdə qeyd olunur – bu rəqəmi mübahisələndirmədən həqiqət kimi qəbul etsək!
İndi vəziyyət belədir: Bu gün Türkiyədə 100 min, Gürcüstanda 300 minə yaxın, Azərbaycanda (Xankəndi və ətrafı) 40-50 minə yaxın (bu da şişirdilib, fakt 20-30 min civarındadır – red.), Ermənistanda isə 2,2 mln. nəfər, ümumilikdə 2 mln. 650 min erməni yaşayır. Yəni, son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə (!) azalıb və bunun əsas səbəbi Türkiyəyə xəyanət, böyük Ermənistan nağılı və mifi, Rusiyaya bağladıqları böyük ümidlər, qonşulara qarşı aqressiya olub.
Erməni başbilənləri və xarici kəşfiyyata qulluq edən xadimləri, Rusiya agentləri son 150 ildə əhalinin 2 dəfə azalmasına səbəb olublar. Onlar yaşadıqları yerlərdə xəyanət etməsəydilər, Rusiyaya güvənib arxadan qapı qonşularını vurmasaydılar, bu gün coğrafiyamızda erməni əsilli vətəndaşların sayı 10 mln.-dan çox olardı.
Son 150 ildə ermənilərin itirdikləri qazandıqlarından qat-qat çox olub. Tək qazancları dünyaya səpilmiş diasporlarıdır ki, onların da təsiri getdikcə zəifləyir, daxili çəkişmələri, diaspor ilə Ermənistan hökuməti arasında fikir ayrılıqları getdikcə artır. İtirdikləri isə göz qabağındadır - əgər yaşadıqları yerlərdə Rusiyanın təkidi ilə vətəndaşları olduğu ölkələri arxadan vurmasaydılar, bu gün Türkiyədə, azı 4-5 mln. erməni yaşayacaqdı, onların öz siyasi partiyaları, məmurları, millət vəkilləri olacaqdı, Azərbaycanda isə azı, 500 min erməni yaşayacaqdı, ən yaxşı yerlərdə - əvvəlki kimi - onlar çalışacaqdı, neftdən-qazdan da pay alacaqdılar.
Olmadı, anlamadılar, rusun buyruq qulu olub öz millətlərinə ziyan etdilər. Heç olmasa indi ayılsınlar, hələ də gec deyil, qonşularla sülh, əminəmanlıq, dostluq şəraitində yaşamağı seçsinlər ki, həm ölkələri inkişaf etsin, həm də demoqrafiq vəziyyətləri faciəvi “əyridən” geri dönə bilsin. Belə davam etsə 50 ildən sonra coğrafiyamızda yaşayan ermənilərin sayı 1,5 mln. nəfərə qədər enəcək. Seçim onlarındır”.
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var





































