Nida Təhlil
Qələbələr salnaməsi bir həyat…
Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. O böyük şəxsiyyətin vəfatından keçən 18 il ərzində onun haqqında çox deyilib və çox yazılıb. Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində çoxsaylı araşdırmalar aparılıb, elmi məqalələr və kitablar çap olunub. Lakin Heydər Əliyev şəxsiyyətinə olan maraq artmaqda davam edir. Bu fenomen bir insanın öz həyatını bütövlükdə xalq üçün yaşamağın ən parlaq nümunəsini yarada bilməsi ilə bağlıdır. Bütün həyatını xalqa xidmətdə, ictimai diqqət mərkəzində, mürəkkəb siyasi hadisələrin mərkəzində, həlli mümkün görünməyən problemlərin çözülməsində və nəhayət, mümkün olmayanın mümkün edilməsində yaşayan Heydər Əliyevin ömrü başdan ayağa ardıcıl qələbələr silsiləsini xatırladır. Oxuduğu məktəblərdə, işlədiyi vəzifələrdə, yaşadığı ailədə və cəmiyyətdə həmişə uğurlara imza atmış Heydər Əliyevi sözün əsl mənasında Qələbə rəmzi hesab etmək olar. Əmək fəaliyyətinə başladığı zamandan həmişə işlərin ən çətinini, məsuliyyətin ən ağırını öz üzərinə götürmüş Ümummilli Lider harada və hansı sahədə çalışmasından asılı olmayaraq nəticə həmişə eyni olub – QƏLƏBƏ.
Publika.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Qələbələr salnaməsi bir həyat” adlı məqaləsində yer alıb.
Məqalədə qeyd edilir: “Böyük entuziazmla başladığı bütün işləri yeganə amalla – ölkəsinə və xalqına fayda vermək arzusu ilə başa çatdırıb uğur qazanmaq Heydər Əliyevin həyat kredosu idi. Sovet xüsusi xidmət orqanlarında uğurlu fəaliyyəti onu işlədiyi qurumun ən yüksək pilləsinə ucaltmışdı. Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində ilk milli kadr kimi öz xalqının milli maraqlarını sovet rejiminin repressiyalarından qorumağı bacarmışdı. Bu vəzifəsində qazandığı uğurlu təcrübə onu Azərbaycanın ali siyasi hakimiyyətinə gətirdi. Azərbaycana rəhbərlik etdiyi illər xalqımız üçün ardıcıl qələbələr və davamlı uğurlar mərhələsi idi. Azərbaycan İttifaq daxilində geridə qalmış aqrar bir ölkədən qabaqcıl sənaye və müasir elmi-texniki nailiyyətlər ölkəsinə çevrildi. 1982-ci ildə Azərbaycanda öz vəzifəsini Qələbə ilə başa vuran Heydər Əliyevə Sovet İttifaqının ali idarəçiliyində ən yüksək vəzifələrdən biri həvalə olundu. Burada da Heydər Əliyev orijinal iş üslubu, xarizmatik lider xüsusiyyətləri ilə milyonların rəğbətini qazandı. Həyatı boyu pillə-pillə yüksəldiyi dövlət qulluğu vəzifələrində ən cəsarətli təşəbbüslərin, ən gözlənilməz həll yollarının və ən riskli siyasi gedişlərin müəllifi kimi yadda qalan Heydər Əliyev Sovet İttifaqının ən parlaq siyasi simalarından biri idi. O dünyanın üçdə birini təşkil edən ən böyük ölkəsində milyonların kumirinə çevrilə bilmişdi. 90-cı illər dünya tarixinə böyük dəyişiklər gətirdi. Qlobal miqyaslı dəyişikliklər dünya miqyaslı şəxsiyyətlərin də həyatında öz əksini tapır. Heydər Əliyevin də həyatında ən böyük qələbələri yetişdirəcək yeni tarix - dövlət müstəqilliyi tarixi başladı. Özünün dediyi kimi, “...həyatının qalan hissəsini də öz xalqına xidmətə həsr etdi.” Ahıl yaşlarına baxmayaraq əvvəlki illərdən daha böyük əzmlə çalışan Heydər Əliyev Azərbaycanın müstəqillik illərində həyatının ən böyük uğurlarına imza atmağı bacardı. Böyük məharətlə ölkəsini vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Qarabağı işğaldan azad etməyə ömür vəfa etməsə də, o böyük inamla bu azadlığa aparan yolun əsasını qoydu. Qarabağın azadlığına aparan “yol xəritəsi”ni etibarlı əllərə həvalə etdi. Həyatla vidalaşarkən son andı, son arzusu və yeganə vəsiyyəti Qarabağın azad olunması oldu. 18 il əvvəl bu dünyanı tərk etdi, amma əsasını qoyduğu yol Qarabağın azadlığına qədər uzandı. Əməlləri hələ də öz bəhrəsini verməkdədir. Heydər Əliyevin sonuncu möhtəşəm Qələbəsi İlham Əliyev tərəfindən Qarabağın azad olunması ilə təmin edildi. Tarix göstərdi ki, Heydər Əliyev aramızda olmasa da onun siyasəti xalqımıza qələbələr qazandırmaqda davam edir”.
Müəllif əlavə edir: “Həyatı qələbələr salnaməsini xatırladan bu böyük insanın bioqrafiyasına baxanda öz həyatını heç zaman, heç bir şəraitdə özü üçün yaşamadığını görmək olur. Buna baxmayaraq onu tariximizin ən xoşbəxt adamlarından biri hesab etmək olar. Çünki o öz xoşbəxtliyini dövlətinin azadlığında və müstəqilliyində, öz xalqının xoşbəxtliyində görürdü. Bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki Qarabağ azad olunub. Çünki Azərbaycan onun dediyi kimi, “bir günəş kimi dünyaya doğmaqdadır”. Azərbaycanın müstəqilliyi isə Heydər Əliyevin dediyi kimi, “əbədidir, dönməzdir və sarsılmazdır”.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi